görünüşün saxlanması
Görünüş – ekrandakı cizginin bir fraqmentidir (anıdır). Görünüş, detal və ya başqa cizginin bir hissəsinin miqyaslanmış formasıdır. Əgər ZOOM və PAN komandası ilə cizginin bir hissəsi ekranda formatlanıb və onun üzərində əməliyyat aparmaq üçün lazımi vəziyyətə gətirilibsə, həmin hissəni lazım olduqda yenidən yaratmamaq üçün vəziyyəti yadda saxlamaq mümkündür. Sonradan isə yadda saxlanmış hissə ekrana çıxarıla bilir.
G örünüşü saxlamaq üçün əvvəlcə onu ekranda yaratmaq lazımdır. AutoCAD–da bunun üçün nəzərdə tutulmuş komandalar ZOOM və PAN istifadə oluna bilər. Bundan sonra zolağın View menyusundakı View salətlər lövhəsindən View Mananger (görünüş menenceri) işə salınır. Bu vaxt komandası işə düşəcək və öz növbəsində View Mananger (görünüş menenceri) dialoq pəncərəsi açılacaq.
Pəncərə açıldıqda onun siyahısında CURRENT (Cari) bu aktiv cizgi üçün nəzərdə tutulub. Buradan NEW komandasını seçirik və NEW View dialoq pəncərəsi açılır. NEWName (yeni ad) sahəsinə yeni görünüşün adı daxil edilir, yeni görünüşün adı 31 simvoldan ibarət ola bilər (probel olmaz).
Yeni ad seçildikdən sonra OK (görünüşü saxla) düyməsi basılır və yenidən View Mananger pəncərəsinə qayıdılır. Indi isə OK düyməsini sıxsaq AutoCAD-ın qrafiki pəncərəsinə qayıtmış olarıq. Görnüşlər çox olarsa biri seçilib SET CURRENT düyməsi ilə onu aktiv etmək olur. Digər komandalardan aşağıdakı kimi istifadə edilir. AutoCAD –ın yaddaşındakı lazımsız görünüşlərin pozulması üçün DELETE (ləğv et) düyməsini basmaqla yerinə yetirilir, sonra isə OK düyməsi basılır.
Dostları ilə paylaş: |