Tez daxilolma düymələri (Quick Access Toolbar). Bu düymələr əsasən tez-tez istifadə edilən komandalar toplusundan ibarətdir. Bu komandaların görünüşünü idarə edilməsini sazlamaq üçün lövhənin sağında yerləşən aşağı ox işarəsin vurub açılmış siyahıdan düzəltmək olar. Şəkildən göründüyü Render komandasına qədər yerləşən komandalar ekranda görünə biləcək komandalardır. Komandanın qarşısında qeyd işarəsi varsa deməli o lövhədədir, işarə yoxsa deməli lövhədə işıqlanmır. Render- ən sonrakı komandalar isə ekranda alət formasında görünməyən komandalardı. Məsələn, Show Menu Bar (Əsas menyunu göstər) əmri Autocad- ın əsas menyusunu ekrana çıxarır və Hide Menu Bar (Əsas menyunu gizlət) əmri ilə əvəz olunur. Aşağıda Autocad-ın əsas menyusu verilmişdir.