New View dialoq pəncərəsindən istifadə edərək seçilmiş sahəni yadda saxlamaq üçün əvvəlcə New Name (yeni ad) daxil edilir. Sonra isə Define Window (pəncərənin çərçivəsi) düyməsi işə salınır, buna cavab olaraq AutoCADbirinci First Corner (birinci künc), sonra isə Other Corner (digər künc) digər künc verilməklə həmin pəncərənin daxilindəki mə’lumat qeyd edilir və onu yadda saxlamaq üçün OK (görünüşü saxla) düyməsi işə salınır və AutoCADyenidən View Mananger dialoq pəncərəsinə qayıdır.
Bağlanmayan görünüş pəncərələrİ
Bağlanmayan görünüş pəncərələri (tiled viewports) AutoCAD -ın qrafiki sahəsini bir-birindən asılı olmayaraq bir neçə pəncərəyə bölür (3ds Max proqramında olduğu kimi). hər bir bölünmüş sahədə ayrıca bir cizgi (və ya görünüş) yerləşdirmək olar. Bu cür pəncərələrin yaradılmasında məqsəd ayrı-ayrı fraqmentlər üzərində işlədikdə birindən digərinə keçən zaman çoxlu sayda monupulyasiyalardan (ZOOM, PAN) azad olmaqdır. Məsələn, tam cizgini bir pəncərədə, üzərində dəyişikliklər aparılması nəzərdə tutulan fraqmentləri isə digərində yerləşdirilir və ya bir-birindən çox aralı yerləşən müxtəlif görünüşləri ayrı-ayrı pəncərədə göstərmək olar.