Milli aviasiya akademiyasi


Çertyojun çəkİlməsİnə hazırlıq tədbİrlərİ



Yüklə 13,77 Mb.
səhifə43/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   39   40   41   42   43   44   45   46   ...   248
Çertyojun çəkİlməsİnə hazırlıq tədbİrlərİ

Birrəngli cizgi çəkmək çox vaxt səmərəli olmur, çünki ayrı-ayrı detalları yığım cizginində seçmək çətin və maraqsız olur. Ona görə də çoxrəngli cizgilərin çəkilməsi daha məqsədəuyğundur.

Ç ox vaxt cizgi çəkdikdə xətlərin tipi, rəngi və qalınlığı qatlarda yaradılıb istifadə olunur (layer). Qat – cizginin eyni mahiyyətə malik elementlərini qruplaşdırmaq üçün­dür. Məsə­lən, tikilinin çeryojunda elektrik sxemləri, su xətləri, ötrücülər və arakəsmələr və s göstərmək olar. Qatlardan müxtəlif üsullarla istifadə etmək olar. Bu üsullardan biri də Drafting anno­ta­tion işçi sahəsinin Home menyusu­nun zo­lağın­dakı Layers (qatlar)lövhəsidir.


Qatın parametrləri

Hər bir qat öz adına, rənginə, xəttin qalınlığına, istifadə olunan xəttin tipinə, plotterin stilinə və çap üçün plotterə malik olmalıdır. Qat buraxıldıqda AutoCAD bütün cizgilər üçün «0» qatı tə'yin edir. Qatın sazlana biləcək parametrlərini görmək üçün Layers (qatlar) lövhəsindən Layer Properties (qatın xassələri) komandasını aktivləşdirməklə etmək olar.

Bundan başqa qatların 3 hal parametri (states) vardır. Bu parametrlər qatların görünməsini və dəyişdirilməsini idarə edir.



- on/off (Qoş/aç) Qatın qoşulması (on) onu görünən edir. Söndürülmüş qat (off) görünmür.

-Thawed/Freeze (dondurulmamış/ dondurulmuş): Dondurulmamış qat (Thawed) görünür, buraxıldıqda bu nə­zər­də tutulur. Dondurulmuş qat görünmür və bu halda cizgi üzə­rin­də dəyişikliklər aparmaq mümkün deyil. Qatların don­du­rul­ma­sı söndürülmüş qata nəzərən daha sərfəlidir.

- Unlocked/Locked (Blakirovkadan azad/Blakirovka) – Blakirovkadan azad olmuş qat görünür və redaktə oluna bilər. Blakirovka olunmuş qat görünür və cizgi üzərində dəyişikliklər aparmaq mümkün olmur.


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin