AutoCAD bütün rəngləri qara və ağ fonlu ekranda çəkir. Ekranın rəngini (fonunu) dəyişmək üçün ToolsOptions (xidmət sazlanma) menyusundan Display (ekran) bölməsindən Colors (rəng) düyməsi basılır.
Açılmış Drawing window colors (Çertyoj pəncərəsinin rəngi)dialoq pəncərəsindəki Color: siyahısından lazımı rəng seçilir.
Xətlərin tipləri
Xətlərin tipləri sazlanmadıqda, bütöv xətt (Continuuos) nəzərdə tutulur. Bundan başqa AutoCAD -da çoxlu sayda ştrix, nöqtə və probellərdən ibarət şablonda xətt tipləri verilmişdir.
Xəttin tipini seçmək üçün xəttin tipini göstərən ad üzərində siçanın birinci düyməsini basmaqla Select Linetype (xəttin tipini seçməli) dialoq pəncərəsi açılır.
Əgər lazımı xətt Loaded Linetypes (xəttin tipinin yüklənməsi) sahəsində varsa, kursoru onun üzərində saxlayıb qeyd edir və OK düyməsi basılır. Bu pəncərədə lazımı xəttin tipi yoxdursa onda LOAD... (yüklə) düyməsi basılır və Load or Reload Linetypes (xətlərin tiplərini yüklə və ya boşalt) pəncərəsi açılır. Burada Autuocad-ın əsas mövcud xətlərinin tipləri Available Linetypes sahəsində yerləşir.
Əgər bir neçə xətt seçmək lazımdırsa, onda düyməsini basıb saxlamaqla xətlər seçilir. Ardıcıl yerləşməyən xətləri seçdikdə isə düyməsini basıb saxlamaqla etmək olar.
Ümumiyyətlə xətlərin tipləri *.lin genişlənməli mətn fayllarında saxlanır (acadiso.lin). Əgər xəttin tipi digər faylda saxlanarsa, onda onu Load düyməsini basmaqla və açılmış Load or Reload Linetypes dialoq pəncərəsindəki File düyməsini basmaqla faylı yükləmək olar.
Xətlər seçildikdən sonra OK düyməsi basılır. Bundan sonra həmin xətləri istifadə etmək olar.
Yenidən Layer Properties Mananger (xətlərin xassələrinin menenceri) dialoq pəncərəsinə qayıdılır.
Xəttin qalınlığının sazlanması
Xəttin qalıınlığını sazlamaq üçün Layer Properties Mananger (qatın xassəsinin menenceri) pəncərəsində xəttin qalınlığının üzərində dayanıb siçanın sol düyməsini tıqqıldatmaq lazımdır. Nəticədə Lineweight (xəttin qalıınlığı) diloq pəncərəsi açılır. Buradan lazımı qalınlıq seçilir və OK düyməsi basılır. Çertyojda xəttin qalınlığını ekranda görmək üçün hal sətrindən LWT düyməsi basılır.
Transparency (Şəffaflıq) şəffaflıq xassəsi olan obyektlərin şəfaflığını idarə edir.
Plotter style (çapqurğusunun stili)- çap qurğusunun stilini müəyyən edir.
Plotter (çapqurğusu)- qatda yerləşən fiqurların çapa verilib verilməməsini idarə edir. Aktiv olduqda çapa icazə verir əks halda icazə vermir.
Yeni görünüş pəncərələrini dondurur.
Description (şərh)-qat haqqında şərh yazılır (məsələn, Yığımın gövdəsi).
Ad qeyd olunmuş olduqda, onda müəyyən dəyişikliklər aparmaq mümkündür. Qatı redaktə edib qurtardıqdan sonra düyməsi basılır. Qatların adları 31 simvoldan çox olmamaqla, probeldən başqa, bütün işarələrdən istifadə oluna bilər, hətta – və ya _ altdan xətt çəkmə işarəsindən.
Qatlardan istifadə qaydası
A utoCAD çəkilən bütün cizgiləri cari qatda yerləşdirir. Layers (qat) qatla işləmək üçün Layers (qat) lövhəsindəki pəncərələrdən istifadə etmək daha asan və sadədir.Layer Control (qata nəzarət) pəncərədən siyahısını açıb, lazımı qatı seçirlər. Seçilmiş qat parametrləri ilə pəncərədə işıqlandırılır. Cari cizgi üçün qatların siyahısı bu pəncərədə parametrləri ilə birlikdə yerləşdirilmişdir. Qatların parametrlərinin şərti işarəsi aşağıdakı kimidir.
Dostları ilə paylaş: |