O n (qapalı) Off (açıq)
Thawed (dondurulmamış) Freere (dondurmaq)
Thawed in Current Viewport (görünən cari pəncərədə dondurulmayıb) Freere in Current Viewport (cari görünən pəncərədə dondurulub)
Unlocked (blokirovkadan azad) Locked (blakirovka)
Bu işarələrin üzərində dayanıb siçanın sol düyməsini basmaqla parametrlər dəyişdirilir.
Çəkilmiş cizginin qatını dəyişdirmək üçün, yəni obyekti bir qatdan digərinə keçirmək üçün AutoCAD 2013 də asanlıqla yerinə yetririr. Bunun üçün obyekt və ya obyektlər seçilir və Layer Control (qatlaranəzarət) açılan siyahıda lazımı qat seçilib sol düymə basılır. Seçilmiş obyektin qatını aktiv etmək üçün Yayers (qat) dialoq pəncərəsindən Make Objects Layer Current (obyektin cari qatı) -düyməsi basılmaqla yerinə yetirilir. Bununla da AutoCAD obyektin qatını cari edəcək.
Match seçilmiş xəttə, göstərilən obyektin xassəsini mənimsədir.
Previous seçilmiş obyektin əvvəlki xassəsini göstərir.
Rəngin dəyişdirilməsi
Ə gər cizgi çəkildikdə rəng dəyişdirilərsə, onda qatdakı rəng öz aktuallığını itirir və təyin olunmuş rənglə cizgi çəkilir. Rəngi idarə etmək üçün Properties (xassələr) lövhəsindəki Object Color açılan siyahıdan istifadə olunur. Bu uyğun olaraq Layer Control (qatın idarə olunması) siyahısındakı kimi rəngləri göstərir. Bylayer rəngi göstərir ki, rəng qatda təyin edilmiş rəngdir. Əgər siyahıdakı rənglər istifadəçini qane etmirsə o zaman Select color... (rəngi seç) düyməsi basılır və açılan Select color (rəngi seç) dialoq pəncərəsindən lazımı rəng seçilir.
Dostları ilə paylaş: |