B ir obyektin xassəsini digərinə ötürmək üçün əvvəlcə xassəsi ötürüləcək obyekt seçilir, sonra isə xassəni qəbul edəcək obyekt göstərilir. Bunu aşağıdakı kimi yerinə yetirirlər. Zolağın Homemenyusundakı (Drafting & annotation- işçi sahəsi) Clipboard (aralıq yaddaş) alət lövhəsindən Match Properties (xassələri ötür) komandası işəsalınır və ya Modify Match Properties işə salınır.
Ə gər obyektin bəzi xassələrini vermək tələb olunursa, onda S daxil edilir və bu zaman Proterty Settings (xassənin tə’yini) dialoq pəncərəsi açılır və pəncərədə lazımı xassələr qoşulub OK düyməsi basılır.
Xassəni qəbul edən obyekt kimi bir neçə obyekti ardıcıl siçanın sol düyməsini basmaqla göstərmək olar. düyməsini basmaqla AutoCAD xassələrin ötürülməsini sona çatdırır.