İ şci sahənin düşən siyahısı (Workspace). Bu siyahı da Tez daxilolma düymələri lövhəsində yerləşir. Onun əsas vəzifəsi işçi mühiti tez dəyişməkdir. Bu siyahının ən çox istifadə edilən komandaları Drafting & Annotation (Cizgi və annotasiyalar)- 2d cizgilərin çəkilməsi, 3D Modeling (3d modelləşdirmə) 3D modellərin yaradılması üçün istafadə edilən mühitin formalaşdırılmasıdır. Yəni siyahıdan seçilmiş komandalardan aslı olaraq zolağın əmirləri avtomatik dəyişib yenilənir.
Başlıq sətri. Autocadın variantı və aktiv faylın adı yazılır. Autocad-ın əsas formatı .dwg olduğundan faylın adının arxasında onun formatı da qeyd olunur.