AutoCAD la digər paketlər arasında qrafiki və digər məlumat mübadiləsi nəzərdə tutulmuşdur OLE (object linking and embedding- obyektlərin əlaqəsi və daxili). Məlum olduğu kimi Microsoft WINDOWS əməliyyat siteminin cizgiləri buferə (bufer- köçürülmüş informasiyanı digər yerə qoyana kimi saxlamaq üçün müvəqqəti yaddaşdır) köçürmək imkanı var. Bundan başqa AutoCAD ın son variantları eyni vaxtda bir neçə cizgilə işləməyə imkan verir. AutoCAD da cizgini ləğv etmək, surətini çıxarmaq, buferə köçürmək və s aid 7 komanda nəzərdə tutulmuşdur:
№Nsi
Komandalar menyusunda
Formal komanda
Nəticə
1.
Copy (Surəti)
Copyclip
Seçilmiş obyekti buferə köçürür;
2.
Cut (kəsmək)
Cutclip
Seçilmiş obyekti buferə köçürür və ekrandan kəsib götürür (pozur);
3.
Copy With base point (baza nöqtəsi ilə surəti)
Copybase
Seçilmiş obyekti buferə köçürür və baza nöqtə soruşur;
4.
Copy link (əlaqəli surət )
Copylink
Bütün obyektləri buferə köçürür;
5.
Paste (qoymaq)
pasteclip
Buferdə olan obyekti cizgiyə qoyur;
6.
Paste as Block (blok kimi qoymaq)
pasteblock
Buferdə olan obyekti blok kimi cizgiyə qoyur;
7.
Paste to Original Coordinates (Başlanğıc koordinatı ilə qoymaq)
Pasteorig
Buferdə olan obyekti köçürüldüyü koordinatda cizgiyə qoyur.
Windows əməliyyat sisteminin digər paketlərində (məsələn, WORD-də) yaradılmış obyektlər əvvəlcə yuxarıdakı komandalarla buferə köçrülür. Sonra isə həmin komandalarla AutoCAD da qoyulur. Qoyulmuş obyektləri iki variantda yerinə yetirmək olur 1-ci «ana» obyektlə əlaqəli, 2-ci daxil olmuş kimi. 1-ci də «ana» obyektdə edilən dəyşiliklər bir başa qoyulmuş obyektə də təsir edir (məsələn, WORD-də yazılmış mətni AutoCAD qoyduqda həmin mətn WORD-də dəyişdikdə AutoCAD da dəyişir). 2-ci də isə qoyulmuş obyektin «ana» obyektlə əlaqəsi olmur.