Donut və Doughnut komandası göstərilən mərkəz, daxili və xarici diametrlərinə görə içi dolu və boş həlqələr və çevrələr çəkməyə imkan verir. Çevrə və həlqənın içinin dolu və ya boş olması Fill sistem dəyişənin On/Off (1 və ya 0) vəziyyətindən asılıdır.
Donut komandası yükləndikdən sonra, komandadan çıxmadan istənilən sayda həlqə və ya çevrə çəkilə bilər. Komandalar sətrində DONUTkomandasını yığmaqla.
Command: DONUT
Specify inside diameter of donut <0.5>:(daxili diametrin qiyməti verilir20)<>
Specify outside diameter of donut <1.0>:(xarici diametrin qiyməti verilir30)<>
Specify center of donut or >:(həlqənın mərkəzi verilir)
A RC qövs
ARC komandası verilmiş koordinat sistemində qövs çəkir.
Qövs, onun məlum parametrlərinin bir neçəsini müəyyən ardıcıllıqla daxil edilməsi nəticəsində çəkilir. Bu parametrlər şəkildə göstərilmişdir.