Splaynlarınredaktəsı
Splaynların redaktəsı üçün onun yaranma mexanizmi ilə tanış olaq.
Splaynın düyün nöqtələri seçildikdən sonra AutoCAD -ın yaddaşında saxlanılır (fit points). Splayn üçün müsaidə sıfra bərabər olarsa, onda səlist əyri düyün nöqtələrindən keçir və dəstəklər bir başa əyrinin üzərində yerləşir. Digər hallarda dəstəklərlə redakdə etmək üçün Spline DIT fit Data (splayn redak. əyri üzərində nöqtə) işə salınır.
Splaynı dəyişdirmək üçün SPLINEDIT komandasından istifadə edilir. Bu komanda ModifyObjectSpline (redak obyekt splayn) ilə işə salınır. Bu zaman komandalar sətrində növbəti müraciət yaranır.
Command: _splinedit
Select spline: (Splaynı seç)
Enter an option [Fit data/Close/Move vertex/ Refine /rEverse/Undo/ eXit]: altkomandanı daxil et [əyri üzərində nöqtə/ qapa/ ucları köçür/dəyiş/ revers/ləğv et/çıxış]
- Fit data (əyri üzərində nöqtə) – bu altkomanda ilə splaynın müsadə və toxunanların istiqaməti verildikdə yerinə yetirilir;
- Close/open (qapa/aç) Splaynı bağlayır və ya açır;
- Move Vertex (ucu köçür) – bu altkomanda seçildikdən sonra Next (növbəti) və Previons (əvvəlki) vasitəsi ilə splaynın düyün nöqtələrinə hərəkət edərək onu redakdə edir;
- Refine (dəyiş) – bu altkomandanın köməyi ilə əyrini üç cür redakdə etmək olar.
Yeni nəzarət nöqtəsi əlavə edilməklə nəzarət nöqtələri arası məsafəni qısaltmaq olar.
- Splaynın tərtibini artırmaqla;
- Bütün nöqtələri dəyişdirməklə;
- rEverse (revers) – splaynın istiqaməti dəyişir. Başlanğıc son ilə əvəz olunur;
- Undo -(ləğv et) sonuncu əməliyyatı ləğv edir;
-eXit (çıxış) – komandının tə'sirini sona çatdırır. Bu altkomanda hər hansı diğər altkomandalardan bir dəfə istifadə etdikdə aktiv olur.
Dostları ilə paylaş: |