Ekranda koordinatlar. kursorun ekrandakı yerinin koordinatını işıqlandırır.
Hal sətri. Bu sətirdəki komandalar istifadəçinin işini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Onlardan istifadə etmək üçün onun üzərində siçanın sol düyməsi bir dəfə vurmaq lazımdır. Söndürmək üçün də eyni əməliyyat yerinə yetirilir.
Bu qrafiki işarələri sözlə də əvəz etmək olur. Bunun üçün onlardan istənilən birinin üzərində dayanıb siçanın sağ düyməsi basılır və açılmış siyahıdan Use icons (qrafiki işarədən istifadə) açarı ləğv edilir.
Bu sətrin komandaları ilə aşağıda ətraflı tanış olacağıq.
Dostları ilə paylaş: |