Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə93/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   89   90   91   92   93   94   95   96   ...   248
Island detection method (ştrixləmə yarıqlarının tapılması metodu) daxili qaplı konturların sərhəddə qoşul­ma­sı­nı idarə edir. Flood (doldurma) daxili kontur sərhəddə qoşulur. Ray casting (şüa ilə) daxili kontur sərhəddə qoşulmur.

Düzbucaqlı, onun daxilində çevrə və onu kəsən çevrəni kontura çevirmək üçün Boundary daxil edilir. Açılan Boundary Creation pəncərəsindən Pick Points düyməsi basılır. AutoCAD ekrana qayıdır şəkildə üstəgəl işarəsi yer­lə­şən nöqtə seçilir və həmin şəkildəki qırıq-qırıq xətt kontura çevrilir.

Nəticədə AutoCAD yaradılmış polixətlərin və ya oblast­la­rın sayını verəcək.



    1. OblastIn ştrİxlənməsİ və rənglənməsİ

Ştrixləmə daxili konturları göstərməklə və materialdan asılı olaraq müxtəlif cür olur. AutoCAD –da, təkrarlanan xətlərdən və şablondan ibarət bir neçə ştrix tipi vardır. Bundan başqa verilmiş oblastı bir rənglə də rəngləmək mümkündür.

Ştrixləmə iki xassəyə malikdir:

- birincisi ştrix blokdur, yə'ni bütün xətlər bir obyektdir;

- ikincisi ştrix assosativ ola bilər, yə'ni obyektin konturu dəyişən kimi avtomatik ştrix yenilənir və yeni konturu əhatə edir.

Ştrixləmə qapalı oblastları ştrixləyir, ona görə də çalışmaq lazımdır ki, çəkilmiş kontur qapalı olsun. Bunun üçün BOUNDARY (kontur) və Region (oblast) komandalarından da istifadə etmək məsləhətdir.

Ş trixi yaratmaq üçün DRAW (çəkmək) alətlər lövhəsindənHATCH (ştrixləmə) aləti işə salınır və nəticədə BHATCH- komandası aktivləşir Boundary Hatch (kontur boyu ştrixləmə) zolağın görünüşü dəyişir.



Zolaqda bir neçə alət lövhəsi durur. Boundaries lövhəsindən ekrandan ştrixlənəcək kontur seçilir.

Pattern (şablon) lövhəsində materialların qrafiki işarəsi yerləşir.

Properties (xassələr) lövhəsində ştrixlənəcək sahənin bəzi xassələri idarə edilir.

Origin (başlanğıc) ştrixin, konturun hansı nöqtədən başla­ya­raq vurulması idarə edilir.

Options (parametrlər) əlavə bəzi parametrləri idarə edir. Məsələn, annotasiyalar, ştrixin şablonunun ötrülməsi və s.

Close (bağla) ştrixləməni bitirir.

Options pəncərəsində bu düymə vurularsa Hathc and Gradient adında yeni pəncərə açılır. Buradakı sazlamalar zolaqdakı sazlamalardan daha zəngindir.



Bu pəncərədə bir neçə sahə vardır. Bunlardan Type (nümunənin tipi) siyahısından üç altkomanda vardır.

- Predefind (əvvəlcə tə'yin edilmiş) mövcud ştrixlərdən birini seçməyə imkan verir;

- User-defined (istifadəçi) – istifadəçi özünün istədiyi ki­mi ştrix xəttinin tipini, bucağını, aralarındakı məsafəni verərək öz nümunəsini yarada bilər.




Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin