Custom (sazlanan) - .pat genişlənməli faylda yerləşən əvvəlcə yaradılmış ştrix tiplərindən istifadə etmək olur.
Pattern (nümunə) düyməsini basmaqla (üzərində 3 nöqtə yerləşən alət) Hatch pattern palette (ştrix nümunələrinin palitrası) dialoq pəncərəsi açılır. Nümunələrdən biri seçilib, OK düyməsi basılır. Buradakı ANSI- amerika milli standartlaşdırma institutunun, ISO –Beynəlxalq standartlaşdırma institutunun, Other Predefined – digərlərinin və Custom- istifadəçinin yaratdıgı ştrix şablonları yerləşir. Məsələn, metallar üçün ya Boundary Hatch pəncərəsindən ANSI bölməsini aktiv edib ya da Swatch açılan siyahıdan ANSI31 seçilir.
Nümunə seçildikdən sonra karandaşın eninin daxil edilməsi üçün ISO Pen Width (ISO - görə karandaş eni) –dan yalnız ISO standartına uyğun olanlara aiddirsə seçilir. Bu cür nümunələrdə SCALE (miqyas) daxil edilərsə, onda miqyas avtomatik olaraq ştrixin qalınlığına da tə'sir edəcək.
Dostları ilə paylaş: |