Milli aviasiya akademiyasi


Ştrixin konturunun yerləşdirilməsi



Yüklə 13,77 Mb.
səhifə96/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   92   93   94   95   96   97   98   99   ...   248
Ştrixin konturunun yerləşdirilməsi

Ştrixin sərhədlərini tapmaq üçün AutoCAD çoxlu hesablamalar aparır.



Boundory Hatch dialoq pəncərəsində ştrixin konturunu tə'yin edən iki üsul var: ya kontur daxilində nöqtə göstərməklə ADD: Pick Points (nöqtəni göstər), ya da ki, oblastı seçməklə ADD: Select object (obyekti seç) düymələri ilə yerinə yetirilir. Bu düymələrdən birini basdıqda AutoCAD müvəqqəti olaraq cizgiyə qayıdır və ştrixlənəcək sahə seçilir və sağ düymə basılır siyahıdan Enter seçilir (və ya Enter düyməsi) Boundory Hatch dialoq pəncərəsindən OK düyməsi basılaraq ştrixləmə yerinə yetirilir və proses sona çatdırılır.

Ştrixləməni yerinə yetirməzdən əvvəl ona baxmaq lazım olarsa Preview (ştrixlə nəzər) düyməsi basılır və ştrix stili və obyektin seçilməsini AutoCAD nümayiş etdirəcək. Sonra siçanın sağ düyməsi basılaraq Boundory Hatch pəncərəsinə qayıdılır.

Ştrixlənmiş obyektlərə baxmaq və yoxlamaq üçün View Selection (ştrixə nəzər) düyməsi basılır.

Obyektin ştrixlənmiş sahəsindən istifadə edib ştrixin həmin parametrləri ilə digər konturları ştrixləmək üçün Inherif Properties (xassələrin surəti) düyməsindən istifadə edilir. Düymə basıldıqda AutoCAD müvəqqəti olaraq cizgiyə qayıdır və oradan ştrixlənmiş sahədən ştrix seçilir və seçilmiş parametrlərlə geri Boundory Hatch dialoq pəncərəsinə qayıdır.




Seçilmiş obyektlərin sahələrinin ştrixlənməsi.
Əgər obyektlər bir-birinin daxilində yerləşərsə və ya biri digərini kəsərsə, seçmə vaxtı bunlardan biri seçildikdə onun daxilindəki kiçik obyektlərin də ştrixlənməsinə gətirib çıxara bilər.

Bunun qarşısını almaq üçün AutoCAD-da ştrixləmənin kontura görə bir neçə stili nəzərdə tutulub. Boundory Hatch pəncərəsindən sağ aşağı tərəfdəki ox işarəsi basılır Boundory Hatch pəncərəsinin ekranda digər görnüşü açılır. BuradakıIsland detection Style (konturun stili) sahəsindəki açarlarla aşağıdakı stillər seçilir.

- Normal (normal) – bu halda, xarici birinci kontur ştrixlənir, onun daxilindəki kontur ştrixlənmir, onun daxilindəki ştrixlənir, beləliklə növbə prinsipi ilə ştrixləmə yerinə yetirilir.

- Outer (xarici) – yalnız xarici kontur ştrixlənir.



- Ignore (etinasızlıq) – daxildəki bütün sahə ştrixlənir.

Seçmə vaxtı obyektlərin hamısı pəncərə vasitəsilə seçil­miş­dir.

Oblastın müvəqqəti konturlarının yaradılması üçün AutoCAD həmin konturun daxilində nöqtə göstərməklə oblastı seçərsə, onda əvvəlcə Boundory Options sahəsindəki Rerain Boundaries (konturun saxlanması) açarı qoşulur, sonra isə Object Type (obyektin tipi) açılan siyahıdan konturun tipi seçilir (Polyline və ya Region). Əks halda ştrixləmə sona yetdikdən sonra yaradılmış kontur pozulacaq.


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin