Hal sətrinin menyusu. Bu siyahıda yerləşən komandalar hal sətrinindəki komandaların menyusudur.Onların ekranda görünüşünü buradan idarə etmək olur.
Təmiz ekran rejimi. Bu düyməni vurduqda ekrandakı bəzi lövhələr yığışdırılır və ekrandakı cizgiyə baxmaq daha səmərəli olur.
A utoCAD SİSTEMİNDƏKİ TERMİNLƏR, SİÇANLATANIŞLIQ
Siçanla Windows sistemi ilə işləyən istifadəçilər tanışdır. AutoCAD sistemində siçandan cizginin çəkilməsində geniş istifadə edilir. Bundan başqa diqitayzer viziri ilə də cizgi çəkilə bilər, lakin bunun üçün xüsusi vasitələr lazım olur.
Siçan iki və ya üç düyməli ola bilər. Biz üç düyməli siçanlardan istifadə edəcəyik. Siçanın sol dəyməsi Windows sisteminin əksər proqramlarında olduğu kimi «seçmə düyməsi» adlanır və obyektlərin seçilməsində istifadə edilir. Əgər düyməsinin basılmasına ehtiyac olunarsa, onda klaviaturadan eyni adlı düymə istifadə edilir. Lakin çox hallarda bu düyməni siçanın sağ düyməsi də əvəz edir. Sağ düyməyə, «komandanın yerinə yetirilməsi» düyməsi də deyilir. Bə’zən məsələn, obyektin dəstəklərini (dəstək redaktəetmədə ətraflı izah olunacaq) aktivləşdirildikdə siçanın sağ düyməsi «əlimin altında» prinsipi ilə işləyir, yə'ni qrafiki zonada sağ düymə basıldıqda obyekt üzərində tətbiq oluna biləcək komandalar lövhəsi açılır. Bu düymə «kontekst menyusu» düyməsi də adlanır. Siçanın 3-cü düyməsi (diyircək) isə ekrandakı görünüşü (zoom) böyüdüb kiçiltmək üçün istfadə edilir. Onu basıb saxladıqda və siçanı tərpətdikdə ektandakı cizgi də tərpənib hərəkət edir.
Siçanla işləyən AutoCAD sisteminin terminləri
Cədvəl 1.1
Seçmək
|
Kursoru obyektin üzərinə gətirib sol düymə basılır və ya digər üsullardan istifadə edilə bilər.
|
Tıqqıldatmaq və ya vurmaq
|
Siçanın 1-ci düyməsini basıb buraxmaq deməkdir.
|
Iki dəfə tıqqıldatmaq və ya vurmaq
|
Siçanın 1-ci düyməsi mümkün qədər tez və cəld iki dəfə ardıcıl basıb buraxırlar.
|
Dartmaq
|
Kursorun yerini dəyişərək ardınca obyektin daşınması
|
Vurmaq və dartmaq
|
Siçanın sol düyməsini basıb saxlayaraq, kursorun yerini dəyişmək
|
|
Dostları ilə paylaş: |