1.3.İkİölçülü koordİnat sİtemİ
N öqtənin verilməsi və qurulması ixtiyari qrafiki sistemdə əsas və fundamental məsələlərdən biridir. Nöqtənin vərəq üzərində qurulması riyaziyyatda olduğu kimi dekart və ya polyar koordinat sisteminə əsaslanır. Bu cür qurma AutoCAD sistemində də eynidir. Bunun üçün ekranda sol aşağı küncdə UCS (User Coordinate System - istifadəçi koordinat sistemi) sisteminin piktoqramması durur. Buradakı x, y oxlarının müsbət istiqaməti göstərilmişdir. Ekranda hər bir nöqtənin x, y koordinatı vardır, bu cür koordinat sisteminə düzbucaqlı (dekart) koordinat sistemi deyilir. X və Y oxlarının kəsişdiyi 0,0 nöqtəsi koordinat başlanğıcı adlanır (formatın sol aşağı nöqtəsi).
Dostları ilə paylaş: |