Command: _bedit
və Edit Block Definition dialoq pəncərəsi açılır. Buradakı siyahıdan blok seçilib OK düyməsi basılır.
Məsələn, a1 blokunu seçib OK düyməsini vursaq blokları redaktəetmə üçün ekran, formasını dəyişir.
IV BÖLMƏ.ÇERTYOJLARIN SEÇİLMƏSİ VƏ READAKTƏSİ
Çertyojların redaktə edİlməsİ
Demək olar ki, heç bir cizgini, onun üzərində dəyişikliklər etmədən sona çatdırmaq olmur. Bu müxtəlif səbəblərdən edilir. Elə redaktə əməliyyatları var ki, o cizgi üzərində məcburi edilir, məsələn, bir hissəsi simmetrik olanlar çevrilir və cizgi tamamlanır. Digər redaktə əməliyyatlarında cizginin elementləri dəyişdirilir və ya bəzi hissələri tamamilə pozulur və s.
Redaktə üçün, göstərilən hər iki üsuldan istifadəçi istifadə edə bilər:
- əvvəlcə komandanı vermək, sonra isə obyekti seçmək (Verb/Noun komanda/secmə):
- əvvəlcə redakdə ediləcək obyekti seçib, sonra isə komandanı işə salmaq olar (Noun /Verb secmə/komanda). İkinci variantdan istifadə etmək məsləhət deyil, çünki ikinci variant həmişə işləmr.
AutoCAD ın müasir variantları hər iki halda işləməyə avtomatik imkan verir. Yəni komandanı və ya obyektin birinci seçilməsinin heç bir əhəmiyəti yoxdur.
AutoCAD, cizgini redaktə etməzdən əvvəl onu göstərməyi təklif edir.
Dostları ilə paylaş: |