Obyektİn seçİlməsİ
Redaktə edildikdə obyektin seçilməsi əsas problemlərdən biridir. Obyektin seçilməsinin müxtəlif variantları aşağıda göstərilmişdir.
O byektin seçilməsinin ən sadə üsulu – nişanı (kursorun kvadratik forması) təsvirin üzərinə gətirib siçanın seçmə düyməsini (sol düymə) basmaqla yerinə yetirilir. Bu üsul obyektin göstərilməsi üsulu adlanır.
K omandadan (məsələn, ERASE ləğv etmə komandası) sonra seçilmiş obyekt ekranda qırıq-qırıq xətlə əvəz edilir, komandadan əvvəl seçildikdə isə obyekt üzərində kvadrat işarələri yaranır və bunlara dəstək deyilir. Aşağıda obyektin seçilməsi üçün üsullar verilmişdir. AutoCAD–ın təklif etdiyi Select Object (obyekti seçin) əvəzinə aşağıda göstərilən komandalardan biri və ya həmin komandaların böyük hərfləri komandalar sətrinə daxil edilir. Bir birini kəsən çevrə və beşbucaqlının seçilməsini nəzərdən keçirək.
Dostları ilə paylaş: |