W indow (çərçivə) – seçiləcək obyektləri düzbucaqlı oblast şəklində, diaqonal boyu (soldan sağa) yuxarı və aşağı künclər daxil etməklə, vermək olur. Obyektlərin bütün elementləri həmin düzbucaqlıya düşdükdə seçilir. Seçilmiş obyekt qırıq-qırıq xətlə əvəz edilir.
Last (sonuncu) – sonuncu çəkilmiş obyekti seçir.
C rossing (kəsişmə) – bu cür seçmə vaxtı, (sağdan sola) düzbucaqlı çərçivə obyektin heç olmasa bir hissəsinə kəsərsə və ya obyekt tam düzbucaqlının daxilinə düşərsə həmin obyekt seçilir və qırıq-qırıq xətlə dəyişdirilir.