CPolygon (çoxbucaqlı kəsmə) – kəsici çoxbucaqlı vasitəsilə, Crossing komandasında olduğu kimi obyekt seçilir. AutoCAD burada çoxbucaqlının daxilinə düşmüş obyektlərin elementlərinin bir hissəsinə və ya bütün hissəsinə görə seçir.
Grup (bir qrup) – qrup adlandırılmış obyektləri seçir.
Add (əlavə edir) - Remove (ləğv et) komandasından sonra verilə bilər və obyekti geri qaytarır.
Remove (ləğv et) – seçilmiş obyektdən imtina etdikdə istifadə olunur. Bu komandadan sonra göstərilən obyektlər seçilmir. Onların seçilməsini mümkün etmək üçün ADD komandası verilir. Bu komandanın alternativi düyməsidir, shift düyməsi basılıb ləğv ediləcək obyektlər seçilir.
Multiple (bir neçə) – seçmə vaxtı ekranda obyektlərin seçilməsi görünmür. Bu seçmə sürətini xeyli artırır, lakin seçilmənin müşahidəsi ləğv edilir.
Previous (əvvəlki) – əvvəlki komanda ilə seçilmiş obyektlərin statusunu özünə qaytarır.
Undo (imtina etmək) – sonuncu dəfə seçilmiş obyektdən imtina edir. Bu komanda eyni zamanda Remove komandasının tə'sirini ləğv edir.