Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə117/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   113   114   115   116   117   118   119   120   ...   248
Əlavə Seçmə üsulları

Elə hallar ola bilər ki, mürəkkəb cizgidən hər hansı obyektin seçilməsi böyük problem yarada bilər. Məsələn, mexanizmin ümumi görnüş cizgisində diametri 10 olan boltların seçilməsində. Bu problemin müəyyən qədər aradan götrülməsi üçün AutoCAD müəyyən imkanlar yaratmışdır.

A utoCAD da iki filtir vardır: Qselect (Quick select- sürətlə seçmə) və Filter (Object Selection filters- obyekti seçmə filteri dialoq pəncərəsi). Bunlardan başqa obyekti seçdikdə qruplardan da istifadə edilir.



QSELECT sürətlə seçmə

Bu komandanı Utilities lövhəsindən Quick Select (xidmət sürətlə sazlama) vasitəsi ilə və ya ko­mandalar sətrində Qselect da­xil etməklə yükləmək olar. Ko­manda yükləndikdə Quick Select dialoq pəncərəsi açılır. Bu komanda ilə obyektləri tam və ya bir qrup cizgidə təyin edilmiş kriteriya ilə seçmək olar.

Apply to (tətbiq et) açılan siyahısından kriteriyanın tam cizgiyə və ya seçilmiş bir qrup obyektlərə aid olmasını müəyyən edir. Çertyoja qayıdıb obyektləri seçmək üçün Select Objects (obyektləri seç) dialoq pəncərəsi basılır.

Object Type (obyektin tipi) Axtarılası obyektin hansı tipə mənsub olmasını təyin edir (text, block və s.).

Properties (xassə) açılan siyahıda obyektin mümkün xassələri yerləşmişdir (qatı, rəngi, xəttin tipi və s.).

Operator (operator) açılan siyahısında məntiqi müqaisə operantları yerləşir (Equals=(bərabərdir), not Equal<> bərabər deyil, Greater than> böyükdür, Less then< kiçikdir).


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin