AutoCAD, Order Group (qrupda ardıcıl) dialoq pəncərəsini açır. Əgər qrupdakı obyektləri tərsinə düzmək lazımdırsa, onda Reverse (əvvəlki) düyməsi basılır. Bu pəncərənin aşağı küncündə belə mə'lumat yazılır Object: 0 (0:obyekt), obyektlərdən biri işıqlanır. Növbəti obyektə keçmək üçün Next (növbəti) düyməsi basılır. Obyektlər dəyişdirildikcə onların nömrəsini dəyişdirmək olur. Bunun üçün düyməsi basılır və Order object (qrupda ardıcıllıq) dialoq pəncərəsinə qayıdılır. Bu pəncərədən daxil etmə sahələrinin vəzifələri:
- Remove from position (lövhədən ləğv et) – sürüşdürüləcək obyektin mövqeyi;
- Replace of position (obyektə yerləşdir) – obyektin yeni mövqeyi;
- Number of objects (obyektlərin nömrəsi) – yerləri dəyişdiriləcək obyektin nömrəsi və ya obyektlərin nömrələri arası interval;
- Object Grouping (obyektlərin qruplaşması) – menyusundakı növbəti komanda;
- Explode (parçalanma) – Bu komanda qrupa daxil olan obyektləri parçalayır;
- Selectable (seçilmiş) – əgər qrup seçiləndirsə, onda qrupun bir obyektinin seçilməsi bütün qrupun seçilməsinə gətirir. əgər qrup seçilən deyilsə, onda bir obyektin seçilməsi bütün qrupun seçilməsinə gətirmir. Bu komanda qrupu parçalamadan ayrı-ayrı obyektləri seçməyə və dəyişdirməyə imkan verir.