Seçmə prosesİnİn fərdİ hazIrlanması
Obyektlərin seçilməsi qaydasını sadələşdirmək üçün AutoCAD, Options (opsiya) dialoq pəncərəsinin Selection (sazlanması) bölməsini təklif edir. Bu pəncərə AutoCAD-ın Tools Options (xidmət opsiya) menyusunda yerləşir. Ya da ki, ekranda siçanın sağ düyməsi vurulub açılan siyahıdan Options seçilir.
Pəncərədəki xidmətlər aşağıda göstərilmişdir.
Noun/Verb Selection - məlum olduğu kimi redakdə etmə əsasən iki mərhələdən ibarətdir. 1-ci obyekt seçmə, 2-ci redakdə komandası.
AutoCAD -ın terminlərində, noun (sifətin adıdır) cizgidəki obyekt deməkdir, Verb (fel) isə komandaya aiddir, ona görə ki, komanda obyektə tə'sir edir. Bu bölmə komandadan əvvəl obyektin seçilməsinə imkan verir.
AutoCAD əsasən əvvəlcə komandanı sonra isə obyekti soruşur. Lakin Windows sisteminin proqramlarında, məsələn, Microsoft Word -də əvvəlcə obyekt seçilir, sonra isə dəyişdirilir.
Bu aləti tə'yin etdikdən sonra AutoCAD sistemində redakdə etmək daha çevik olur. Çünki bu bölmə yalnız komandadan sonra yox həm də əvvəlcə obyekti seçməyə imkan verir. Obyektin əvvəlcədən seçilməsinin üstünlüyü ondadır ki, bu qayda Windows sistemi üçün əsasdır.
Dostları ilə paylaş: |