Type çoxaltmanın növünü göstərir.
İtems çoxaldılan elementlərin sayını (items), aralarındakı bucağı (between) və tam bucağı (fill) parametrləri sazlanır.
Rows çevrənin neçə sətirdə düzülüşünü idarə edir.
Levels z oxu istiqamətində fəzada müstəvilərin parametrləri sazlanır.
Properties assosativlik, baza, dönmənin istiqaməti və s nöqtənin parametrləri sazlanır.
Close array komandası bağlanır.
ARRAYPATH komandası
Ekrandan seçilmiş və trayektoriyanı göstərən xətt boyunca, qeyd olunmuş obyekti çoxaldır.
Ekranda əvvəlcə düzbucaqlı (Rectang komandası) çəkilir. Bu duzbucaqlının diaqanalları (Line komandası) qurulur. Düzbucaqlının mərkəzindən başlayaraq Spline komandası ilə ixtiyari əyri xətt çəkir.
1. Arraypath komandası işə salınır.
2. Düzbucaqlı və onun diaqanalları seçilir və Enter düymaəsi basılır.
3. Əyri xətt seçilir (zolağın görünüşü dəyişir).
4. Zolaqdan parametrlər dəyişdirilir və Close düyməsi vurulur.
Dostları ilə paylaş: |