F illet komandası, kəsişən və ya uzantıları bir-birini kəsən iki xətti çevrə qövsü ilə qovuşdurur. İki çevrəni bu komanda ilə yalnız xarici qovuşdurmaq olur.
Istifadəsi:
Command: _fillet
Current settings: Mode = TRIM, Radius = 10.0000
Select first object or [Undo/Polyline/Radius/Trim/ Multiple]: (Birinci obyekti daxil et və ya (polixətt/radius/kəsmə)) Birinci obyekt seçilçir
Select second object: ikinci obyekt seçilçir
Burada:
Undosonuncu əməliyyatı ləğv edir.
Poliline altkomandası polixətlərin (polygon, rectang və polyline komandaları) künclərini yuvarlaşdırır. Bunun üçün əvvəlcə Radius altkomandası vasitəsilə rasiusun qiyməti daxil edilir, sonra isə Poliline altokmandası seçilir.
Radius altkomandası qovuşma radiusudur. Əgər qovuşma radiusu «0» olarsa, onda qovuşma kəsişən düz xətlərlə birləşdirilir.
Trim (kəsmə) altkomandası iki kəsişə biləcək xətti bir-biri ilə təyin edilmiş radiusdan asılı olaraq qovuşdurur. Kəsişmədən sonra artıq xətlər atılır və ya verilmiş xətlər dəyişmir (No Trim).