S tretch komandası bir qrup obyektləri bir-birinə nəzərən dartır. Bu vasitə ilə obyektləri bir-birinə nəzərən sıxmaq da olur. Obyektin sıxılması üçün kəsici düzbucaqlı çərçivədən istifadə olunur (Crossing). Çərçivənin kəsdiyi obyektlər dartılır (sıxılır) onun daxilinə tam düşmüş obyektlər isə yerini dəyişir.
Bu komandadan istifadə etməklə bir xəttin də ölçüsünü dəyişmək olar.
Komandadan istifadə etmək üçün əsasən Modify alətlər lövhəsindən işə salınır
Command: _stretch
Select objects to stretch by crossing-window or crossing-polygon...
Select objects: (kəsici çoxbucaqlı və ya kəsici çərçivədən istifadə etməklə dartmaq üçün obyektləri seçin) 1-ci noqtə seçilir və 2-ci nöqtəyə yerdəyişmə edilir bununlada obyektlər seçilir.
Select objects: (obyektləri seçin) Enter düyməsi basılır. Bu müraciətin nəticəsində kəsici çərçivə yaradılıb dartılmaq üçün obyektlər seçilir.
Specify base point or displacement: (baza nöqtəni daxil et) simmetriya oxu üzərində ixtiyari nöqtə verilir.
Specify second point of displacement or (ikinci baza nöqtə daxil edilir) ikinci nöqtə verilir. Əgər obyekti əvvəlcə seçib sonra komanda daxil edilərsə, onda AutoCAD belə bir müraciət edir.
Stretching selected objects by last window… (sonuncu çərçivə ilə seçilmiş obyektlər) yazır və onların sayını göstərir. AutoCAD–ın sonuncu müraciəti Base Pointordisplacement: (baza nöqtə və ya yerdəyişmə) bu müraciətə 2 cür cavab vermək olur.
-Baza nöqtə göstərilərsə AutoCAD Second point of displacement: müraciət olunur (yerdəyişmənin ikinci nöqtəsi) ikinci nöqtə göstərilir.
-Yerdəyişmənin qiymətini komandalar sətrinə @ simvolundan istifadə etmədən daxil edilir. Məsələn, obyekti 20 mm uzatmaq üçün 20<0 yazılır. Sonra verilən Second point of displacement: (ikiknci yerdəyişmə nöqtəsi) əvəzində düyməsi basılır. Bununla da seçilmiş obyekt uzadılır. Məsafə müsbət və ya mənfi verilə bilər.
Dostları ilə paylaş: |