Copy (surəti köçür) - Multiple (bir neçə) rejimlə işləyir. Sağ düyməni basıb açılan menyusundan ya Copy altkomandası işə salınır, ya da ki, C daxil edilir. AutoCAD yenə yuxarıdakı müraciətlə cavab verir və növbəti nöqtə seçilərək obyektin əvvəlini saxlamaq şərti ilə digərinə keçir.
Undo və eXit altkomandaları STRETCH komandasındakı kimi işləyir.
Obyektlərin dəstək vasitəsilə çevrilməsi
Bu əməliyyat–obyektlərin dəstəklə çevrilməsi, ROTATE komandasına çox bənzəyir. Əvvəlcə çevriləcək bütün obyektlər seçilir. Siçanın sol düyməsi ilə istənilən dəstək aktivləşir. Bu dəstək baza olur. Siçanın sağ düyməsini basıb açılan menyudan Rotate (çevirmə) altkomandası işə salınır. AutoCAD soruşur.
Dostları ilə paylaş: |