Milli aviasiya akademiyasi


Mətnİn stİlİ STYLE komandası



Yüklə 13,77 Mb.
səhifə160/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   156   157   158   159   160   161   162   163   ...   248
Mətnİn stİlİ STYLE komandası

AutoCAD-da mətnlərdən daha geniş və sərfəli istifadə etmək üçün müxtəlif stillərdən istifadə olunur. Məsələn, hərflərin hündürlüyü və eni, dönmə bucağı və s. dəyişdirilə bilər.

S til- yığılan mətnin məhsuldarlığını artırmaq üçün hazır formadır. Mətnin stili qat kimi öz xüsusiyyətlərinə malikdir. Adı, cizgiylə birlikdə saxlanması, lazım olduqda cari olması, adını dəyiş­dir­mək və pozmaq və s.

S tilin yenisini yaratmaq üçün, əsas menyudan FormatText Style (format  mətn stili) işə sal­dıq­da STYLE ko­man­dası yüklənir və ya annotation lövhə­sin­dəki Text Style və Text STYLE dialoq pən­cə­rəsi açılır.

Yeni mətn stilini yaratmaq üçün bu pəncərədə NEW düyməsi basılır və NEW Text Style. (Yeni mətn stili) dialoq pəncərəsi açılır. Yeni stilin adı yazılır və OK düyməsi basılır. AutoCAD yenidən Text Style pəncərəsinə qayıdır və bu stilə xas bütün parametrlər yaradılır. Font (şrift) sahəsində şriftin hündürlüyü və forması verilir. Font Name (şriftin adı) siyahısı açılır. Buradan şrift seçilir məsələn, cizgi şrifti üçün romans nəzərdə tutulub (Arial şrifti də seçilə bilər). AutoCAD–da şriftlər .shp genişlənməli fayllarda saxlanılır. Windows əməliyyat siteminin şriftləri AutoCAD-da istifadə edilir.

AutoCAD şriftin hündürlüyünü də müəyyən edir (Height). Əgər hündürlük 0 verilirsə, onda Text və DText komandaları şriftin hündürlüyünü soruşur.

Şriftlərin sıxılma/dartılma əmsalları buraxıldıqda 1 götürülür (Width factor).

Şriftlərin dönmə bucağını da vermək mümkündür. Mətnin normal halında, yəni düz mətnlərin bucağı 00 olur, ondan sağa müsbət, sola mənfi bucaqlar qəbul edilir. Maili cizgi ştifti üçün 150 daxil edilir (bu 750 deməkdir).

Bundan başqa mətni axırdan əvvələ (Backwards), güzgü əksi (Upside down) və şaquli (vertical) şəklində də yazmaq olur.



Annotative açarını qoşduqda ekrandan şriftin hündürlüyünü miqyaslamaq olur.

Lazımsız stili pozmaq üçün Style Name (stilin adı) siyahısından stil seçilib Delete düyməsi basılır və açılan pəncərədən OK düməsi ilə təsdiq edilir.

Stili tətbiq etmək üçün Style Name siyahısından mətnin stili seçilir. Sonra isə Apply (tətbiq et) düyməsi basılır. Sonra isə Close (bağla) düyməsi basılır. Stildə dəyişdirilmiş parametrlər bütün cizgidə həmin stildə yazılmış mətnləri dəyişdirir.

M övcud mətnin stilini digər stillə dəyişmək üçün, mətn cari edilib (seçilib) Annotation alət lövhəsindəki nəzarət pəncərəsi açılır (şəkil soldan birinci) digər stilin adı seçilir.

Use big Font açarı ingilis dilində olmayan simvollardan istifadə etiək üçündür. Bu açar qoşulduqda Big Font siyahısı aktivləşir.



    1. Yüklə 13,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin