Milli aviasiya akademiyasi


MTEXT KOMANDASI-ÇOXSƏTRLİ MƏTN



Yüklə 13,77 Mb.
səhifə161/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   157   158   159   160   161   162   163   164   ...   248
MTEXT KOMANDASI-ÇOXSƏTRLİ MƏTN

Cizgidə çox böyük mətn yazmaq tələb olunarsa, onda bircərgəli (Text və Dtext komandaları) mətn üçün komandalar sərfəli olmur. Bircərgəli mətnlərdə, mətn uzun olduqda, onu digər sətrə keçirib düzləndirmək olmur.

Multiline Text (çoxcərgəli mətn) alət işə salındıqda MText (mətn) komandası işə düşür, ekranda mətn yazılacaq düzbucaqlı sahə açılır və AutoCAD zolağı dəyişir.

Əgər mətn açılmış düzbucaqlının sağ küncünə çatarsa, onda AutoCAD avtomatik olaraq növbəti sətrə keçir.

Mətni formalaşdırmaq üçün bu zolaqda sol yuxarı hissədə stillərə nəzarət pəncərəsi yerləşir (style lövhəsi). Bu pəncərədən mətn üçün stil, şriftin hündürlüyü təyin edilir və şriftlərə nəzarət pəncərəsi yerləşir.

S ırada ikinci lövhə Formating (format) lövhəsi yerləşir. Onun köməyi ilə şrift seçilir. Şriftdən aşağıdakı sətirdə şriftin və arxa fonunun rəngini dəyişdirmək üçün nəzarət pəncərəsi yerləşir. Sonra isə aşağdakı düymələr durur:

- Bold (Yarımqalın) – Mətn qeyd edilib (seçilib) B-düyməsi basılır;

- Italic (kursiv-sağa dönmüş)–mətn seçilir və I düyməsi basılır;

- Underline (altdan xətt çəkmək) - U altdan xətt çəkir;

- Üstən xətt çəkmə ;

- üstən xətt çəkmə;

- -şriftləri sətr və ya başlıq hərflərə çevirmək;

- maillik, ara məsafə və eninin hündürlüyünə nisbəti əmirləri yerləşir.

Sırada üçüncü lövhə Paragraph lövhəsi yerləşir. Bu lövhədəki alətlərlə seçilmiş mətn düzləndirilir.

Sırada dördüncü lövhədə İnsert (yerləşdirmə) durur. Bu lövhədəki Columns aləti ilə mətni sütunlara ayırmaq olur. @(ət) Symbol alətilə- xüsusi simvollar yazılır,  dərəcə, diametr işarəsi və digər işarələrdən və simvollardan istifadə. Field (forma) alətilə- hazır formaları qoymaq üçündür. Məsələn hazırkı tarixi göstərən forma.

S ırada dördüncü Speel Check (səhv düzəltmək) alət lövhəsi durur. Bu lövhənin alətləri ilə orfaqrafik səhvlər düzəldilir.

Sırada beşinci Tools (xidmət) lövhəsi durur. Buradakı Find & Replace (tap və dəyiş) komandası böyük mətnlərdə hərf və ya söz birləşmələrini tapıb dəyişmək üçün istifadə edilir. Import Text (mətnin importu) düyməsi işə salındıqda Select file pəncərəsi açılır. Lazımı fayl seçilib pəncərədə aktivləşdirilir (.txt genişlənməli faylları) və başqa mətn- paket sistemlərində yazılmış mətndən burada istifadə olunur.

Sırada altıncı Close (bağla) lövhəsi durur. Bu alətlə mətni bitirib, redaktəetməni sona çatdırmaq üçün istifadə edilir.




Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin