Koordinat ölçülərinin qoyulması
Maşınqayırma cizgilərində bəzən koordinat ölçü qoymalarından istifadə edilir. Koordinatlar (x,y) detalın hər hansı 0,0 nöqtəsinə nəzərən göstərilir. Detal üzərində 0,0 koordinatını yaratmaq üçün komandalar menyusundan ToolsNEW UCSOrigin (xidmət IKS başlanğıc) işə salınır. Model üzərində seçilmiş nöqtə 0,0 nöqtəsi qəbul olunur.
Cizgidə koordinatları göstərmək üçün Ordinate Dimension (ordinat ölçüsü) alətini, Dimension alət lövhəsindən işə salınır və AutoCAD soruşur:
Command: _dimordinate
Specify feature location:
Specify leader endpoint or [Xdatum/Ydatum/Mtext/Text/ Angle ]:
Dimension text = 0
Specify feature location: (nöqtəni göstərin) – model üzərində ölçüsü göstəriləcək nöqtə seçilir. Növbəti Specify leader endpoint or [Xdatum/Ydatum/Mtext/Text/ Angle ]: (x daxili/u daxili/mmətn/mətn/bucaq) çıxarma xəttinin son nöqtəsi gəstərilir.
Əsasən AutoCAD çıxarma xəttinin son nöqtəsinə görə özü x və ya y koordinatını göstərir. əgər çıxarma xətti x oxuna perpendikulyar olarsa, onda x – koordinatı (Xdatum), y (Ydatum/) oxuna perpendikulyar olarsa, y koordinatı göstərilir.
Son və başlanğıc çıxarma nöqtələrindən keçən düz xətt proyeksiya oxlarına nəzərən düz olmazsa, onda hər iki koordinat göstərilir. Digər altkomandalar haqqında yuxarıda verilmişdir.
Koordinat oxlarını yerinə qaytarmaq üçün Tools NEW UCS World (Xidmət Yeni IKS dünya) seçilir.
Dostları ilə paylaş: |