Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə174/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   170   171   172   173   174   175   176   177   ...   248
ölçülərİn dəyİşdİrİlməsİ

Ölçülər müxtəlif xassələrə malik ola bilər şriftin ölçüsü, oxun ölçüsü, mətnin yerləşdirilməsi və s. Redakdə etmənin iki üsulunu nəzərdən keçirək. Dimedit (ölçü dəy) komandası ölçü yazılarının mətnini dəyişdirilməsi üçün 4 variant təklif edir. Komanda Dimension (ölçü) alət panelindən işə salınır və işə düşdükdən sonra AutoCAD soruşur Enter type of dimension editing [Home/New/Rotate/Oblique] : (ölçünün redakdəsi (qaytar/ yeni/ çevir/ döndər) ), burada:

- Home (qaytar) ölçü xəttinin stildə tə'yin edilmiş kimi saxlayır;

- New (yeni) mövcud mətn əvəzinə yenisinin yazılmasına imkan verir. Bu zaman Multiline Text Editor dialoq pəncərəsi açılır;

- Rotate (çevir) ölçü mətnini çevirir;

- Oblique (döndər) – çıxarma xəttini döndərir.

DimtEdit - (ölçü mətndəy) ölçü yazılarının mətninin yerini dəyişdirir. Komanda Dimension (ölçü) alət panelindən işə salınır. AutoCAD cavabında soruşur.

Command: _dimtedit

Select dimension: (ölçünü seç) ölçü seçilir

Selected object is not a dimension.

Select dimension: Enter daxil edilir

Specify new location for dimension text or [Left/Right/Center/Home/Angle]: mətnin mövqeyini daxil et (sol/sağ/qaytar/bucaq:) Bundan sonra kursoru hərəkət etdirməklə yeni mövqe seçilir və ya bu altkomandalardan biri seçilir.

- Left (sol) – mətni sol tərəfə çəkir

- Rigth (sağ) – mətni sağ tərəfə çəkir

- Home (başlanğıc) – mətni əvvəlki vəziyyətinə qaytarır

- Angle (bucaq) – ölçü mətnini döndərir.



DDedit komandası.

Ölçü mətnini ixtiyari çox sətrli mətn kimi redaksiya etmək mümkündür. Bunun üçün əsas menyudan ModifyObjectText (redak  obyekt  mətn) işə salınır. Cavabında AutoCAD soruşur Command: _ddedit

S elect an annotation object or [Undo]: (şərh üçün obyekti seçin /ləğv et:) və Multiline Text editor dialoq pəncərəsi işə düşür. Bu pəncərə haqqında ətraflı mə'lumat verilmişdir.

DDModify komandası

Bu komandadan istifadə etməklə, ixtiyari obyektin xassəsinin dəyişdirilməsi kimi, öl­çü­nün dəyişdirilməsi müm­­kün­dür. Bunun üçün ölç­ü­lər seçilib Properties (xassə) aləti eyniadlı löv­hədən işə salınır (zolağın Home menyusu). Əgər bir ölçü seçilibsə, onda açılmış Properties pəncərəsindən geniş istifadə olunur. Əəgər bir neçə ölçü seçilibsə, onda yalnız ölçülərin, rəng­lə­rin, qatın və xətlərin ti­pi­ni dəyişdirmək mümkün olur.




Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin