Ölçü stili dedikdə ölçüqoymada iştirak edən parametrlərin sazlanmış hazır forması başa düşülür. Bir cizgidə bir neçə ölçü stilini yaratmaq olar. AutoCAD paketində müxtəlif məqsədlər üçün müxtəlif ölçü stili yaratmaq mümkündür.
Styles(Stillər) sahəsində stillərin siyahısı verilir. Digər stillər olmayanda ISO-25 stili qəbul olunur. Preview of (əvvəlcə baxmaq) sahəsində stiliin görünüşü təqdim olunur. List (siyahı) stilin siyahısını təqdim edir. Burada Styles in Use cari cizgidə istifadə edilən stlləri göstərir. Set Current (cari) seçilmiş stili aktiv edir. NEW (yeni) yeni stilə ad vermək və onu yaratmaq üçündür. Modify (redaktə) seçilmiş stili redaktə edir. Overlide (dəyişmə)-ən fərqli olaraq seçilmiş stili dəyişdirir. Overlide (dəyişmə) seçilmiş stili başqa stilə təyin edir və seçilmiş stil dəyişmir. Modify və Overlide komandaları ilə yerinə yetirilən əməliyyatlar NEW (yeni) komandası ilə edilən sazlamalarla eynidir.