stilin yaradılması ardıcıllığı
Çertyojun təsnifatından aslı olaraq ölçü stilləri müxtəlif ola bilər. Şəkildəki texniki rəsmxəttə istifadə olunan en kəsik üçün sadələşmiş variantda ölçü stilinin sazlanmasını nəzərdən keçirək (A4, A3 formatı üçün):
1 ) Komandalar menyusundan Format Dimension Style… (ölçü stili) işə salınır və Dimension StyleManager dialoq pəncərəsi açılır.
2 ) Əgər cizgi sadədirsə verilmiş ISO-25 stilini Modify (redaktə) komandası ilə dəyişdirmək məsləhətdir. Bunun üçün Modify düyməsi basılır və ModifyDimension Style dialoq pəncərəsi açılır.
3) ModifyDimension Style pəncərəsindəki birinci Symbols andarrows bölməsində oxun uzunluğunu arrows size=3, Center marks=Line və size=3 təyin edilir.
4) Text bölməsi aktivləşdirilir şriftin hündürlüy Text Height =3.5 seçilir və ISO standard açarı qoşulur.
5) Fit bölməsi aktivləşdirilir və buradan Text açarı qoşulur.
5) Primary Units bölməsi seçilir və buradan Precision siyahısını açıb «0» seçilir.
Digər bölmələrdə dəyişmələr edilmir və OK düyməsi basılır. Dimension alət lövhəsindəki komandalardan istifadə edib lazımi ölçülər qoyulur. Ölçü yazılarının yerini dəyişmək üçün, ölçü aktivləşdirilir və mətnindəstəyi aktivləşdirilir (üzərində bir dəfə vurmaqla) yeri dəyişdirilir.
Ö lçü stilini ekranda seçmək üçün Annotation lövhəsindən ölçü stilinin nəzarət pəncərəsindən istifadə edilir.
Dostları ilə paylaş: |