Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə193/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   189   190   191   192   193   194   195   196   ...   248
    Bu səhifədəki naviqasiya:
  • Center
First corner (birinci künc)- birinci küncün koordinarları (şəkildə a,b);

Other corner (digər künc)- digər küncün koordinarları (şəkil a,b). Şəkildən göründüyü kimi, bu parametrlər daxil edilən koordinatlardan aslı olaraq həm oturacağın künclərinin (əgər z=0), həm də diaqanalın koordinatları (z0) ola bilər.

Center (mərkəz)- prizmanın diaqanallarının kəsişmə nöqtəsidir (prizmanın mərkəzi) (şəkildə c).

Cube(kub)- altkomandası kub çəkdikdə istifadə edilir.

Length (uzunluq), Widht (en) və Height (hündürlük)- uyğun olaraq prizmanın x,yz koordinat oxlarına paralel ölçüləridir (şəkildə c).

Wedge (paz)- paz, prizmanı diqanallrından keçən müstəvi ilə, kəsdikdə alınan yarmprizma formalı fəndəsi fiqurdur.

Command: _wedge

Specify first corner or [Center]: (1-ci küncün koordinatları daxil edilir)<>

Specify other corner or [Cube/Length]: (digər küncün koordinatları daxil edilir)<>

Specify height or [2Point] <9.5476>: (hündürlük daxil edilir)<>

Wedge (paz)- komandasının altkomandaları da eyni ilə Box komandasındakı kimidir (şəkildə a,b,c).



Cone (konus)- dairəvi və elliptik düz konus çəkir.

Komanda aşağıdakı kimi daxil edilir:

Command: _cone

Specify center point of base or [3P/2P/Ttr/Elliptical]: (otracağın mərkəzinin koordinatını daxil et)

Specify base radius or [Diameter] <51.2407>: (otracaq radiusunu daxil et)

Specify height or [2Point/Axis endpoint/Top radius] <72.0634>(hündürlüyü daxil et)



Cone komandasının altkomandaları və daxil eilən parametrləri aşağıdakılardır:

center point of base (otracağın mərkəzi)- oracağn mərkəzinin koordinatları (şəkil a,b).

radius, diameter (radius, diametr)- otracaqların radiusu və diametridir.

3P- otracaq çevrəsinin keçdiyi ixtiyari 3 nöqtədir(şəkildə a).

2P- otracaq çevrəsinin keçdiyi ixtiyari diamertrin, uc nöqtələrinin koordinatlarıdır (şəkildə b).

Ttr (tan,tan,Radius)- otracaq çevrəsini ixtiyari iki obyektə toxunan və radusla çəkilməsidir (şəkildə c).

Elliptical (elliptik)- Otracağı ellips olan konus çəkir (şəkildə d).

Top radius (üst oturacaq)- Kəsik konus və ya silindir çəkdikdə üst oturacağın radiusudur (şəkildə e).

2Point və ya height (iki nöqtə və ya rəqəmlə)- iki nöqtəyə görə və ya daxil edilmiş rəqəmlə hündürlüyü təyin edir.

Axis endpoint (təpə nöqtə)- konusun təpə nöqtəsi koordinatla daxil edilir (şəkildə a).



Сylinder (silindir)- dairəvi və elliptik silindir çəkir.

Komanda aşağıdakı kimi daxil edilir:

Command: _cylinder

Specify center point of base or [3P/2P/Ttr/Elliptical]: (otracağın mərkəzinin koordinatını daxil et)

Specify base radius or [Diameter] <83.2974>:(otracaq radiusunu daxil et)

Specify height or [2Point/Axis endpoint] <72.0634>(hündürlüyü daxil et)



Cylinder komandasının altkomandaları və daxil eilən parametrləri aşağıdakılardır:

center point of base (otracağın mərkəzi)- oracağn mərkəzinin koordinatları (şəkildə a,b).

radius, diameter (radius, diametr)- otracaqların radiusu və diametridir.

3P-otracaq çevrəsinin keçdiyi ixtiyari 3 nöqtədir (şəkildə a).

2P- otracaq çevrəsinin keçdiyi ixtiyari diamertrin, uc nöqtələrinin koordinatlarıdır (şəkildə b).

Ttr (tan,tan,Radius)- otracaq çevrəsini ixtiyari iki obyektə toxunan və radusla çəkilməsidir (şəkildə c).

Elliptical (elliptik)-Otracağı ellips olan silindir çəkir (şəkildə d).

2Point və ya height (iki nöqtə və ya rəqəmlə)- iki nöqtəyə görə və ya daxil edilmiş rəqəmlə hündürlüyü təyin edir.

Axis endpoint (təpə nöqtə)- silindirin təpə nöqtəsi koordinatla daxil edilir (şəkildə a).

_Sphere (kürə)-kürə çəkir.

Komanda aşağıdakı kimi daxil edilir:

Command: _sphere

Specify center point or [3P/2P/Ttr]: (mərkəzin koordinatını daxil et)

Specify radius or [Diameter] <50.0000>:( radiusunu daxil et)

Sphere komandasının altkomandaları və daxil eilən parametrləri aşağıdakılardır:

center point (mərkəzin koordinatı)- kürənin mərkəzinin koordinatı (şəkildə a).

radius, diameter (radius, diametr)- mərkəzin radiusu və diametridir.

3P-fəzanın ixtiyari 3 nöqtədən keçən kürə çəkir (şəkildə a).

2P-fəzanın ixtiyari 2 nöqtədən keçən kürə çəkir (şəkildə b).

Ttr (tan,tan,Radius)- 2 obyektə toxunan və verilmiş radiusda kürə çəkir (şəkildəc). Toxunma nöqtələri cari İKS-də olmalıdır.



PYRAMID komandası oturacağı düzgün çoxbucaqlı olan piramida çəkir.

Komandadan istifadə qaydası.

Command: _pyramid

4 sides Circumscribed (düzgün dördbucaqlı)

Specify center point of base or [Edge/Sides]: 100,100 (otracağın mərkəzini daxil et və ya [til/tərəf])

Specify base radius or [Inscribed] <0.4158>: 30 (otracağın radiusunu daxil et və ya [daxilə])

Specify height or [2Point/Axis endpoint/Top radius] <0.7115>: 50 (hündürlüyü daxil et və ya [2nöqtə/təpə nöqrtə/ üst otracaqdakı radius])





PYRAMID komandasının parametrləri şəkildə göstərilmişdir

Torus komandası tor səthi çəkir.

İstifadə qaydası:

Command: _torus (komanda daxil edilir)

S pecify center point or [3P/2P/Ttr]: (Mərkəzinin koordinatı daxil edilir)

Specify radius or [Dia­me­ter] <50>: (torun radius daxil edilirr)

Specify tube radius or [2Point/Diameter] <15.0000>: (Borunun ra­diusu daxil edilir)

Altkomandaları:

Orta radiusu çevrənin (circle) altkomandaları ilə eynidir. 3p- üç nöqtədən keçən çevrə çəkir. 2P- diametral əks nöqtələrdən keçən çevrə çəkir. Ttr- iki xəttə toxunan verilmiş radiusda çevrə çəkir.

Boru hissəsinin iki altkomandası var 2point - diametral əks nöqtələr. Diametr - borunun diametridir.


    1. 3D xətlər


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin