CONVTOSURFACEkomandası ilə
2D solids, Regions, Polyline komandası ilə çəkilmiş açıq və ya qapalı, ixtiyari qalınlıqlı hündürlüyə malik olan karkaslardan, hündürlüyə malik düz xətləri, qövsləri, 3D face-lə çəkilmiş müstəvilərdən səth yaradır (Solid editing lövhəsi).
Command: CONVTOSURFACE
Select objects: 1 found (Səthə çevriləcək obyekti seç)
Select objects:
İlkin obyekt kimi hündürlüyü olmayan oblast, fiqurlar, açıq və eni sıfır olmayan polixətlər, parçalar, qövslər ola bilər.
XEDGES komandası
XEDGES komandası bərkcisimlərin və ya səthlərin ikiölçülü tillərinin surətini çıxarır.
Command: XEDGES
Select objects: 1 found (tillərinin surəti çıxarılacaq bərkcisimləri və ya səthləri seç)
Select objects:
presspull komandası
Presspull (presləmə) komandası verilmiş qapalı konturu sıxmaq və ya dartmaqla bərk cisim yaradır.
Komanda işə salındıqda AutoCAD-ın: Click inside bounded areas to press or pull (qapalı oblastın daxilində sıxma və ya dartmaq üçün nöqtə göstər) müracətinə, verilmiş qapalı oblastın daxilində bir nöqtə seçilir.
Qapalı sahə kimi aşağıdakılardan birini istifadə etmək olar:
Tam qapanmış ixtiyari qapalı vahid obyektlər (çevrə, düzbucaqlı, çoxbucaqlı və c)
Qapalı polixətlər
Bloklar və regionlar
Bərk cisimlərin üzləri
Command: PRESSPULL
Click inside bounded areas to press or pull. (qapalı oblastı və ya dartılacaq obyekti seç)
1 loop extracted.
1 Region created
Bərkcİsİmlərİn redaktəsİ
Dostları ilə paylaş: |