S əthlərin yaradılması zolağın Surface (səth) menyusunda Create (yaratma) alət lövhəsində yerləşən komandalarla yerinə yetirilir. Bu lövhədəki Loft, Sweep, Extrude və Revolve komandaları yuxarıda öyrəndiyimiz bərk cisim modelləşdirilməsindəki komandalarla eynidir. Səthlərin qurulmasında, bərk cisimlərdəki ilkin obyekt kimi qapalı vahid fiqur əvəzinə, açıq xətdən istifadə edilir. Digər səth yaradan komandalar aşağıda verilmişdir.
Network komandasından istifadə edib şəkildəki karkasdan səth yaradaq.
Command: _SURFNETWORK
Select curves or surface edges in first direction: (əyri xətt seçilir) 1 found
S elect curves or surface edges in first direction: (qövs seçilir) 1 found, 2 total
Select curves or surface edges in first direction: (Enter basılır)
Select curves or surface edges in second direction: (düz xətlərdən biri seçilir) 1 found
Select curves or surface edges in second direction: (ikinci düz xətt seçilir)1 found, 2 total
Select curves or surface edges in second direction: (Enter basılır)
Planersurf komandası müstəvi səth çəkir. A di düzbucaqlıda olduğu kimi birinci nöqtə sonra isə ikinci nöqtə verilir.
Command: _Planesurf
Specify first corner or [Object]
Specify other corner: (ikinci nöqtə seçilir)
Object altkomandası qapalı vahid xətdir.
Blend komandası iki səthi bir-biri ilə birləşdirir. Bunun üçün əvvəlcə iki səth çəkilir.
Command: _SURFBLEND
Continuity = G1 - tangent, bulge magnitude = 0.5
Select first surface edges to blend or [CHain]: (səth üzərində birinci xətt seçilir)1 found
Select first surface edges to blend or [CHain]: (Enter)
Select second surface edges to blend or [CHain]: (səth üzərində ikinci xətt seçilir)1 found
Select second surface edges to blend or [CHain]: (Enter)
Press Enter to accept the blend surface or [CONtinuity/Bulge magnitude]: (Enter)
P atch komandası açıq səthləri qapayır.
Şəkildə çevrə və fəzada yeləşən əyri xətlə m əhdudlaşan Loft komandası ilə yaradılmış səth verilmişdir. Patch komandasını tətbiq etməklə onun üst tərəfindəki yuvanı qapayaq.
Yaradılan səthlərin nurbs (daha səlist) olmasını təmin edir. Adi səthlərdən fərqli olaraq nurbs səthlər daha çevikdir, çünki bu səthlərə məxsus nöqtələrin həm koordinatlarını həm də bu nöqtələrdəki səthə toxunanları redaktə etmək mümükündür.