Draw>Modeling>Setup>Soldraw menyusundan seçilir.
Command: soldraw
SOLDRAW əmri ilə çəkilmiş cizgini redaktə etmək üsün aşağıdakı komandalar istifadə edilir. MSPACE- redaktəni aktivləşdirir. PSPACE- redaktəetməni ləğv edir. Redaktə etmə aktivləşdikdə qatlardan biri seçilir və həmin qata uyğun olaraq redaktə aparılır. Məsələn, left-DIM qatı seçildikdə soldan görünüşdə ölçülər qoyula bilər.
SOLPROFILE
Draw>Modeling>Setup>Solprofil menyusundan seçilir.
Üç ölçülü modelin aksonometrik proyeksiyasını almaq üçün istifadə edilir.
Bu əmrlə işləməyə başlayarkən ilk növbədəLAYOUT sahəsində, hal sətrində PAPER düyməsi basılır və MODEL rejimi işə düşür. ViewViewportsNamed Viewports…-dən açılan Viewports dialoq pəncərəsinin new Viewports bölməsindəki Setup sahəsindən 3d seçilir. Komanda işə düşəndə AutoCAD aşağıdakı suallara cavab tələb edir:
Command: solprofile
Display hidden profile lines on separate layer? [Yes/No]
Yes seçilərsə o zaman sistem görünən (PV-473) və görünməyən (PH-473) xətlər üçün laylar yaradır və burada 473 xüsusi işarədir.
P roject profile lines onto a plane? [Yes/No] :____profil xətlərini müstəviyə proyeksiyalayım [Hə/Yox]
Hə və yox arasıda fərq ondan ibarətdir ki, birinci halda görünüş müstəvisində modelin iki ölçülü proyeksiyası qurulur, ikinci halda isə modelin profil xətləri fəza sistemində olduğu kimi qalır (görünən ekranda hər iki halda eyni təsvir yaranır). Sonra sistem soruşur:
Delete tangential edges? [Yes/No/ :__toxunan tilləri pozum [Hə/Yox]:
Əgər hə seçilərsə əyrixətli hissələrdə toxunan tillər pozulur. Aksonometriyanın daha aydın görünməsi üçün PH-473 qatı söndürülür.
Dostları ilə paylaş: |