Kamera və render
Əsas renderləmə əməliyyatını yerinə yetirməzdən öncə ekrana kamera qoyulması məsləhətdir. Kamera əsas View menyusundan Create Camera komandası ilə ekranda yerləşdirilir. Birinci kameranın yerləşdiyi nöqtə ikinci isə nişanın yeri seçilir. Şəkildə görünən dəstəklərdən və zolağın Home menyusundakı View lövhəsindəki ikinci sətirdə yerləşən görünüşün idarə edilməsi komandaları ilə kamera lazımı mövqedə yerləşdirilir. Kamera seçiləndə ekranda Camera Preview pəncərəsi açılır və kameranın hər bir hərəkəti zamanı onun gördüyü görünüş pəncərədə işıqlanır.
İstifadəçi eyni vaxtda bir neçə kamera yaradıb ekranda lazımı görünüşləri ala bilər. Hər hansı bir kameranın gördüyü vəziyyəti ekrana vermək üçün həmin kamera seçilib üzərində sağ düymə vurulir və açılan konteks menyudan Set Camera View seçilir.
E kranda görünüşün idarə edilməsi üçün "Shift+diyircək" birlikdə sıxılıb orbit komandasını aktivləşdirib ekranda istənilən qeyri standart görünüşləri almaq olar. Orbit komandasını zolağın View menyusundakı Navigate lövhəsindən də istifadə etməklə işə salmaq olar.
R ender menyusundakı Render lövhəsindən rendaer aktivləşdirilir və bəzi parametrləri sazlanır. Render Region komandası ekranda seçilmiş düzbucaqlı daxilini renderləyir.
Renderin kefiyyətini siyahısında yerləşən hazır kefiyyət parametrləri ilə müəyyən etmək olur. Onlardan ən aşağı kefiyyətlisi Draft, yüksək kefiyyətlisi isə Presenttation -dur. Vaxt sərfinə görə isə tərsinə, yəni Draft ən surətlisidir.
İlkin renderləmədə aşağı kefiyyətli yüksək surətli, son varianta isə tərsinə yüksək kefiyyətli aşağı surətli renderdən istifadə edilir. Buraxılarsa orta kefiyyətli render (medium) nəzərdə tutulmuşdur.
Bundan başqa kefiyyəti Render quality dəstəyi ilə də artırıb azaltmaq olar.
bu renderin şəkilinin ölçüləridir. Əsasən ilkin variantlarda kiçik, son variantlarda isə böyük formatda yerinə yetirilir.
işığın gücünü Autocad avtomatik özü hesablayır.
ətraf mühit, bu əmirlə əsasən duman effekti müəyyən edilir.
sonuncu dəfə edilmiş render ekrana çıxarılır.
-diaqonal oxla renderin Advanced Render Settings (renderin ətraflı xassələri) adlı xassələr cədvəli açılır. Bu pəncərədən renderə aid bütün parametləri sazlamaq olur. AutoCad renderi Mental Ray adlanır. Procedure sətrindən View -nu Selected ilə əvəz etsək onda yalnız seçilmiş fiqurlar renderlənər.Destination sətrini Viewport etsək onda render birbaşa ekranda aparılır. Ekranda təsviri tərpədən kimi renderin nəticəsi ləğv edilir. Digər sətirlər haqqında AutoCad-ın köməkçi ədəbiyyatından oxumaq oalr. Render pəncərəsinin son sətrində renderin əsas parametrlərin çap olunur (renderləmə vaxtı, şəkilin ölçüsü, kefiyyəti və s). Sağ sütunda isə renderin bütün parametrləri çap olunur.
F ile menyusunda Save... düyməsi lə renderdən alınmış fotoşəkili bu formatlardan birində yadda saxlamaq olar. Bunlardan ən kefiyyətlisi .PNG formatı nəzərdə tutulmuşdur.
Son nəticə kimi kameraya animasiya verib animasiya da almaq olar. Əvvəlcə ekranda iki xətt çəkilir biri kamera ikincisi kameranın nişanının trayektoriyası olur. Sonra isə əsas menyudan View-> işə salınır. Açılmış Motion Path Animation (Animasiyanın trayektoriya üzrə hərəkəti) pəncərəsindəki Camera bölməsindəki bu alət vurulur və əvvəlcədən ekranda çəkilmiş xətt seçilir. Bu xətt kameranın hərəkət trayektoriyası olur. Target (nişan) bölməsindəki alət vurulur və ekrandakı nişanın trayektoriyası üçün xətt seçilir. Animation settings (animasiyanın parametrləri) sahəsindən animasiyanın parametrləri sazlanır. Frame rate- kadırların surəti, Number of frames- kadırların sayı (bir saniyədə), Duration - animasiyanın ümumi vaxtı. Visual style siyahısından animasiyanın haradan çəkilməsi müəyyən edilir. Format - animasiyanın formatıdır. Resolution - filmin şəkillərinin ölçüsüdür. Preview düyməsi vurularsa ekranda animasiyanın ilkin görünüşü verilir. Ok vurulduqda isə animasiya yaddaşa yazılır.
CİZGİLƏrİn çapı
Standart miqyaslardan istifadə etmək şərti ilə çap üçün istifadəçi Model sahəsindən Layout sahəsinə keçir . Layout -dan ya biri seçilir ya da ki, yenisi yaradılır.
Çəkilmiş detalın cizgisini çap qurğusuna 1:1 miqyasında, A4 formatında (Limits 210, 297), Layout sahəsindən çap etmək üçün sazlamaları nəzərdən keçirək. Cizgini çap qurğusuna çıxarmazdan əvvəl yaxşı olar ki, aktiv Layout sahəsində künc ştampı çəkilsin və əsas yazılar yerinə yetirilsin. Təyin edilmiş formatda yaradılmış künc ştampı sonra DWT genişlənməsi ilə (File menyusunda Save as...) AutoCAD-ın Template kataloqunda yadda saxlanır. Buna şablon deyilir və təkrar, dəfələrlə, istifadə üçün nəzərdə tutulub. Çap qurğusunda cizginin çapının ardıcıllığına baxaq:
1. Çap qurğusunun kompyüterə qoşulması yoxlanılır və çap qurğusuna kağız qoyulub çap üçün hazırlıq vəziyyətinə gətrilir.
2. Layout 1 aktivləşdirilir (üzərində sol düymə bir dəfə vurulur).
3. Layout 1-in üzərində siçanın sağ düyməsi basılır və açılmış siyahıdan From Template... seçilir. Açılmış Select Template From File pəncərəsindən lazımı künc ştampının şablonu seçilir (əgər şablona ehtiyac yoxdursa bu bənd yerinə yetirilmir).
4. Layout 1 üzərində siçanın sağ düyməsi basılır və Page Setup Manager... seçilir və eyniadlı dialoq pəncərəsi açılır.
5. Page Setup Manager pəncərəsindəki Page setups sahəsindəki siyahıdan Layout 1 seçilir və Modify düyməsi basılır.
6. Page Setup- Layout 1 dialoq pəncərəsindəki printer/plotter sahəsindəki siyahıdan kompyüterə qoşulmuş printer (və ya plotter) seçilir. Paper size sahəsindəki siyahıdan A4 formatı təyin edilir. Drawing orientation (cizginin istiqaməti) sahəsindən Portrait (portret) açarı qoşulur və OK düyməsi basılır.
7. AutoCAD yenidən Page Setup Manager pəncərəsinə qayıdır və buradan Close düyməsi basılır. Bununla da çapa hazırlıq işləri sona çatır.
8. Əğər şablondan istifadə edilməyibsə o zaman Layout -dan Model-ə baxış pəncərəsi pozulur və ekran şəkildəki vəziyyətə düşür. Yəni içərisi boş qırıq-qırıq düzbucaqlı formasını alır. Bu düzbucaqlı çap qurğusunun sərhədlərini göstərir (soldan birinci şəkil).
Boş sahənin içərisində standart ölçülərlə künc ştampı, çərçivə çəkilir və əsas yazılar yerinə yetirilir (ortadakı şəkil).
Çərçivənin üzəri ilə zolağın Layout Viewports lövhəsində yerləşən Rectangular komandası ilə düzbucaqlı çəkilir. Bu əməliyyatdan sonra sonuncu çəkilmiş düzbucaqlı daxilində Model-də yerləşən cizgi işıqlanır. Bu pəncərəyə Layout-dan Model-ə baxış pəncərəsi deyilir (şəkildə sağda). Baxış pəncərəsi üzərində sol düyməni iki dəfə vurmaqla Layout-dan Model açılır və cizgi pəncərə daxilində kompanovka (uyğulaşdırılır) edilir hal sətrindəki miqyasdan istifadə edilib cizgi miqyaslanır.
9. Layout 1 üzərində siçanın sağ düyməsi basılır və Plot seçilir və eyniadlı dialoq pəncərəsi açılır. Çertyojun vərəq üzərində necə yerləşməsini əvvəlcədən nəzərdən keçirmək üçün Preview düyməsi basılır.
10. Çap əmrini vermək üçün OK düyməsi basılır.
Beləliklə, çəkilmiş cizgi çap qurğusuna çıxarılır.
Dostları ilə paylaş: |