1 0. Yenidən siçanı düzbucaqlının sağ aşağı küncünə yaxınlaşdırırıq bu zaman Endpoint açarı işıqlanır (siçanın elastik xətti çevrə göstərir). Yenidən siçanın heç bir düyməsini vurmadan siçanı aşağı istiqamətdə (Otrack qırıq-qırıq xətlə izləmə yaradacaq) hərəkət etdiririk və çevrənin mərkəzi səviyyəsinə çatdıqda Otrack-ın izləmə xətləri kəsişəcək və sol düymə vurulur.
Bu üsulla çevrəni çəkdikdə əsas məsələ proyeksiya əlaqələrindən istifadə etməyi mənimsəməkdir.
OTRACK düyməsi üzərində dayanıb sağ düymə basılır və açılmış menyudan Setting... seçilir və Drafting settings dialoq pəncərəsi açılır. Buradan da lazımı obyekt bağlantısını seçmək olar.
və ya DUCS (dinamik İstifadəçi koordinar sistemi DİKS) – qoşulduqda aktiv İKS dinamiki olaraq hər çəkilən yeni həndəsi fiqurlarların üzərində görünür. DUCS 3D modelləşdirmədə tətbiq olunur.
Autocad proqramı digər qrafiki proqramlar kimi 3D modelləşdirmədə həndəsi fiqurları interaktiv çəkdikdə yalnız XOY müstəvisini tanıyır. Yəni çəkdiyi 3D modellərin oturacağını bu müstəvidə yerləşdirir. Digər istiqamətlərdə çəkmək üçün isə tez-tez XOY müstəvisinin yerini dəyişmək lazım olur. XOY müstəvisinin yerini dəyişmək üçün çoxlu üsullar vardır, onlardan biri də DUCS-ır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki ekranda çəkilmiş 3D səthə siçanın nişanını yaxınlaşdırdıqda avtomatik olaraq XOY müstəvisi səthə yerləşdirilir. XOY müstəvisinin səthə oturmasını Autocad həmin səthin qeyd olunması ilə bildirir (səth qırıq-qırıq xətlə qeyd olunur).
DUCS-an istifadə etmək üçün mütləq ekranda 3D model olamalıdır və istifadəçi çəkmə (Draw - 2d -ə çəkmə və ya Modelling -3d-ə çəkmə lövhələri ) komandalardan birini aktivləşdirməlidir.
və ya DYN (dinamik daxil etmə) – Parametrlərin dinamik daxil edilməsi üçün istifadə edilir. Bu menyu komandalar sətrinə alternativ olaraq yaradılmışdır. Artıq istifadəci daxil ediləcək parametrləri cizgi çəkə-çəkə ekranda certyoj üzərində görünən ölçüləri dəyişməklə verə bilər. Bu da cizginin çəkilməsini xeyli sürətləndirir. Dinamik üsulla dekart koordinatlar bir-birndən vergüllə, polyar isə “<” (polyar radius və polyar bucaq) kiçikdir işarəsi ilə ayrılır. Koordinatlar əsasən nisbi (sonucu nöqtədən) formada sazlanır, əgər mütləq (koordinat başlanğıcına nəzərən) formada koordinat daxiledilməsi tələb olunarsa onda “#”-dies (şarp) işarəsi yığılır və sonra isə koordinatlar verilir.
DYN-in parametrlərini sazlamaq üçün, onun üzərində dayanıb sağ düymə basılır və Settings... seçilir, nəticədə Drafting settings dialoq pəncərəsi açılır.
və ya LWT (Obyektin çəkisi və ya qalınlığı)- Obyektin qalnlığınının görünüşünü idarə edir. Komanda aktiv olduqda xəttə təyin edilmiş qalınlıq ekranda görünür, sönmüş olduqda isə qalınlıq ekranda hiss edilmir. Qalınlığın ekranda hansı səviyyədə görünməyini təyin etmək üçün isə LWT üzərində siçanın sağ düyməsi vurulur və açılmış kontekst menyudan Settings... seçilir. Açılmış Lineweight Settings (qalınlığın təyini) dialoq pəncərəsindəki Abjust Display Scale sahəsindəki dəstəklə idarə edilir.
Obyektin qalınlığı Properties (xassələr) lövhəsindəki Lineweght nəzarət pəncərəsindən təyin edilir.
və ya Transparency (şəffaqlıq). Şəffaflıq xassəsi verilmiş obyektlərin şəffalığının ekranda görünüşünü idarə edir. Komanda aktiv olduqda obyektə təyin edilmiş şəffaflıq ekranda görünür, sönmüş olduqda isə şəffaflıq ekranda hiss edilmir.
Şəkildə Draw lövhəsindəki HATCH komandası ilə daxili rənglənmiş düzbucaqlıya 50% Transparency təyin edilmişdir.
və ya - Quick Properties (cəld xassə) ekranda çəkilmiş obyektlərin xassələrini işıqlandırır.
QP qoşulubsa (hal sətrində QP üzərində siçanın sol düyməsi bir dəfə vurulur) ekranda üzərində bir dəfə vurulmuş obyektin yanında xassələr cədvəlini açır. Bu cədvəldən çəkilmiş obyektin bəzi parametrlərini redaktəetmə də olar.
QP -n sönmüş vəziyyətində obyektin üzərində siçanın sol düyməsini iki dəfə ardıcıl tez və cəld vursaq yenə də xassələr pəncərəsi açılır.
və ya Selection Cycling (dövrü seçmə) komandası ilə bir zonaya toplanmış obyectləri adlarına görə seçmək üçün istifadə edilir.
Məsələn, şəkildəki çevrə, qövs və düz xəttən birini seçmək üçün kursor onlara yaxınlaşdırılır və mesaj işarəsi yanan kimi sol düymə vurulur. Açılmış Selection (seçmə) pəncərəsindən xətlərdən biri seçilir.Selection pəncərəsinin açılmasını sazlamaq da olar. Bunun üçün hal sətrindən SC üzərində siçanın sağ düyməsi vurulur və açılmış konteks menyudan Settings... işə salınır. Drafting Settings pəncərəsindən lazımı sazlamalar edilir.
və ya Annotation monitor (Şərhlərin müşahidəsi) Assosativliyin pozulmasına nəzarət edir. Autocad-da ölçülər xətlərə bağlı (assosativ) olur. Əgər xəttin ölçüsü dəyişərsə avtomatik ölçü də dəyişir buna assosativlik deyilir. Məsələn, şəkildə radius ölçüsü redaktə edilibsə yəni qiyməti dəyişdirilibsə deməli assosativlik pozulmuşdur.
AM qoşulubsa assosativlik pozulduqda xəttin üzərində nida işarəsi və hal sətirinin sonunda bu işarə işıqlanır.
Model or Paper space (Model və ya vərəq sahəsi) Bu düymə, model və ya vərəq sahələrinə keçmək üçün istifadə edilir.
- Annotation Scale (Şərhlərin miqyası) bu komanda ilə Vərəq (Layout) sahəsində cizginin miqyası təyin edilir. Model sahəsində isə şərhlərin (annotation) miqyası idarə edilir. Məsələn, çoxsətrli mətn (Annotation lövhəsində komandası) yazdıqda onun hündürlüyünü buradan miqyaslamaq olur.
- Annotation visiblity (ANNOALLVISIBLE) şərhli obyektlərin ekranda işıqlanmasını idarə edir.
(ANNOAUTOSCALE) komandası şərh xassəsi olan obyektlərə avtomatik ekrandan miqyas verməni idarə edir.
Workspace Switching (işçisahənin müşahidəsi) işçi sahənin dəyişdirilməsində istifadə edilir. Eyni əməliyyat "tez daxiletmə düymələri" lövhəsində də vardır.
('_LOCKUI) komandası ekrandakı bəzi dinamik elementlərin hərəkətini qadağan edir. Məsələn, Zolaq üzərində yerləşən istənilən lövhəni siçanla tərpədib diğər yerə daşımaq olar.
Lakin onun üzərində sol düyməni vurub açılan siyahıdan All -> Locked açarını qoşsaq heç bir lövhəni daşımaq olamaz.
Hardware Acceleration -Apparat təminatlarını sürətləndirir. Onun işləməsi üçün isə kompüterə DirectX 9.0 yüklənmiş olmalıdır.
İsolate objects (obyectlərin izolasiyası) Obyektlərin ekranda işıqlanmasını idarə edir.
Məsələn, şəkildəki cizgidə təkcə diamerti 20 olan çevrəni saxlayıb digərlərini gizlətmək üçün aşağıdakı ardıcıllıqla hərəkət edilir:
1. Hal sətrindən Osnap qoşulur və onun yalnız Center açarı qoşulur;
2. Hal sətrindən Osnap və Grid aktivəlşdirilir digərləri söndürülür;
3. Draw lövhəsindən Circle komandası işə salınır və ekrandan ixtiyari nöqtə seçilir klaviaturadan "5" yazılıb Enter düyməsi vurulur;
4. Yenidən Draw lövhəsindən Circle komandası işə salınır və kursorun nişanını 10 diametrli çevrəyə yaxınlaşdırılır, nəticədə Osnap çevrənin mərkəzini işıqlandırır və bu zaman sol düymə vurulur, klaviaturadan 10 yazıb Enter düyməsi basılır. Beləliklə 20 diametrli çevrə diametri 10 olan çevrəyə konsentrik olaraq çəkilir. Eyni qayda ilə diametri 32 olan çevrə çəkilir;
5. Siçanın nişanını diametri 20 olan çevrənin üzərinə gətirib siçanın sol düyməsi vurulur və həmin çevrə seçilmiş olur;
6. Hal sətrindən İsolate objects komandası üzərində siçanın sol düyməsi vurulur və açılmış siyahıdan İsolate objects seçilir, nəticədə diametri 20 olan çevrədən başqa hamısı ekrandan yığışdırılır.
Eyni qayda ilə açılmış siyahıdan End objects isolation -la gizlədilmiş obyektləri ekrana qaytarmaq olar.
Dostları ilə paylaş: |