VBA İstİfadə edİlən operatorlar
VBA- da istifadə edilən operatorlar Basic və Visual Basic dillərindəki operatorlarla demək olar ki, eynidir.
Mənimsətmə operatorları məsələn,
A=1
Set reg = regionObj(0)
Burada Set – mənimsətmə operatorudur və əsasən AutoCAD proqramında əməliyyatı yerinə yetirmək üçün istifadə edilir.
Bu operatorları bir sırada da yazmaq olar o zaman onlar arasında “:” simvolu qoyulur
A=1 : X=a+5: Y=x^2 və s
Şərti keçid operatorları
If şərt Then opertop(lar) məsələn,
If a>6 Then x=a+5
Blok formalı şərti keçid operatorları
If şərt Then
operator 1
operator 2
….
operator n
End If
Blok end if operatoru ilə bağlanır.
If … Then … Elsebloklar operatoru
If şərt Then
operator 1
Else
operator 2
End If
Şərt ödənilərsə 1-ci, ödənilməzsə 2-ci operator yerinə-yetirilir.
Select Case operatoru Case sütununda yerləşən operatorlardan biri yerinə yetirilən kimi əməliyyat sona çatdırılır.
Select Case ifadə
Case şərt_1
operatorр_1
Case şərt _2
operator _2
…..
Case şərt _N
operator _N
[Case Else
operator_N+1
End Select
Məsələn,
Select Case UserForm1.ListBox2.ListIndex
Case 0
Tip = 1
Case 1
Tip = 2
Case 2
Tip = 3
End Select
Dostları ilə paylaş: |