Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə25/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   21   22   23   24   25   26   27   28   ...   248
Sİstem dəyİşənlərİ

AutoCAD bütün sazlamaları və əməliyyatları sistem dəyişmələrində saxlayır.

Məsələn, LTSCALE sistem dəyişənində xəttin ümumi miqyası saxlanılır, CELTSCALE dəyişənində isə obyektin xətlərinin miqyası saxlanılır. SETVAR komandasında bütün sistem dəyişənlərinin adı və onların parametrləri verilir.

Sistem dəyişənləri haqqında məlumat almaq üçün əsas men­yudan ToolsInquirySet Variable (xidmət  sorğu  dəyişənlər) müraciət edilir. AutoCAD bunun nəticəsində soruşur: Variable name or? (dəyişənin adı və ya ?:). ? daxil edilir AutoCAD Variable(s) to list <*>(siyahıdakı dəyişən <*>), <Enter> düyməsi basılır və bütün dəyişənlər haqqında məlumat almaq olur və ya adı yazılmaqla həmin sistem dəyişəni haqqında məlumat alınır.

Əgər hər hansı bir sistem dəyişənini dəyişmək lazım olarsa, həmin dəyişən komandalar sətrinə yazılır və lazım olarsa onun parametri dəyişdirilir. Məsələn, CELTSCALE da­xil edilməklə AutoCAD New value for CELTSCALE <1.00>(CELTSCALE -nin qiyməti <1.00>) yeni qiymət yazılsa, də­yi­şən həmin qiyməti alar.

Digər bir misalda FILEDIA sistem dəyişəni ilə tanış olaq. Bu sistem dəyişəni fayılların açılması və bağlanmasının haradan idarə edilməsini müəyyən edir. Onun qiyməti <0> olarsa fayıllar üzərində əməllər komandalar sətrindən yerinə yetirilir, <1> olarsa Windows altında işləyən digər proqram­lar­da olduğu kimi dialoq pəncərələrindən istifadə edilir.




    1. Yüklə 13,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin