Milli aviasiya akademiyasi


AutoCAD-da faylların açılması



Yüklə 13,77 Mb.
səhifə27/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   23   24   25   26   27   28   29   30   ...   248
AutoCAD-da faylların açılması

A utoCAD-da çəkilən cizgilərin genişlənməsi .DWG qə­bul olunmuşdur. Məsələn Detal.DWG- burada Detal faylın adı .DWG isə onun genişlənməsidir (formatı). WINDOWS əmə­liy­yat sisteminin digər paketlərində olduğu kimi AutoCAD pa­ketində də faylın adı 255 rəqəm və hərflərdən ibarət olar. Adda aşağıdakı simvollardan başqa digərlərindən istifadə etmək olar \, /, :, ?, <, >,. Fayllar üzərində bütün əməliyyatlar əsasən əlavələr menyusundan yerinə yetrilir (və ya əsas men­yuda FİLE) . Yeni fayl açmaq üçün file menyusundan NEW (yeni və ya CTRL+N) komandası seçilir və SelectTemplate (şablonu seç) pəncərəsi açılır və siyahısından lazımı şablon seçilib (acadiso - ölçü vahidi mm, format A3) Open düyməsi basılır.

Open altında yerləşən Open with no Template-Metric (mm -lə İmperial- dyümlə) lə də faylı açmaq olar.

Acadiso -la A3 formatı yaradılır, lakin bəzi hallarda formatı dəyişdirmək lazım olur. Formatı müxtəlif üsullarla də­yiş­­dirmək olur onlardan ən sadəsi komandalar sətrindəndir. Bu­nun üçün LIMITS komandasını komandalar sətrində yığ­maq­la yerinə yetirmək olur. A4 formatının yaradılmasına baxaq (burada <> işaərə klaviaturadan Enter deməkdir):

Command: LIMITS <>

Reset Model space limits:

Specify lower left corner or [ON/OFF] <0.0000,0.0000>:<>

Specify upper right corner <420.0000,297.0000>: 210,297<>


Bərk yaddaşda olan faylı açmaq üçün CTRL+O birlikdə sıxılır və Select File pəncərəsi açılır. Buradan lazımı fayı qeyd edilir və Open düyməsi basılır.

Lazımı fayl bu pəncərədə yerləşmirsə o zaman LOOK IN nəzarət pəncərəsindən digər kataloqlar (və ya başqa disk) açılıb lazımı fayl tapılıb Open (yüklə) düyməsi basılır. Bu düymə altında yerləşən komandalarla açılan faylı müxtəlif məqsədlər üçün istifadə etmək olar. OPEN – cizginin faylını redaktə et­mə üçün açır, Open Read-Only cizginin faylını yalnız baxmaq üçün açır, Partial Open açılan eyniadlı dialoq pəncərəsindən məsələn, müəyyən qatları seçməklə cizginin bir hissəsini redaktə etmə üçün yükləmək olar.


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin