Ə lavənin düyməsi. Bu düymə ona görə əlavə adlanır ki, Windows əməliyyat sistemi altında çalışan bütün proqramlar onun üçün əlavələr hesab edilir. Burada fayıllar üzərində yerinə yetirilən komandalar yerləşir. New (yeni) yeni fayl açır (və ya CTRL+N). Open (açmaq) bərk yaddaşda olan faylı açır (CTRL+O). Save (saxlamaq) faylı yadda saxlayır (CTRL+S). Save As fayla yeni ad verməklə yadda saxlayır (CTRL+Shift+S). Export (xaricə) faylı digər formatlarda yadda saxlamaq üçün istifadə edilir (məsələn, pdf. vector formatında). Publish (nəşr) faylı poçt ünvanına və s göndərmək üçün istifadə edilir. Print (çap) cizgini çap edir. Drawing Utilities (Cizginin bərpası) əsasən sıradan çıxmış cizgilərı bərpa edir (Recover), ölçü vahidini və onun dəqiqliyini təyin edir (Units) və s. Close (bağla) açıq faylları bağlayır. Options(sazlama) Autocad mühitində işləmək üçün optimal sazlama əməliyyatlarını yerinə yetirmək üçündür. Exit AutoCAD 2013 (AutoCAD 2013-ü bağla) proqramı bağlayıb əməliyyatı sona yetirir.
Zolaq. Autocad 2009-an başlayaraq komandalar zolaqlarda yerləşdirilməyə başlandı. Zolağın yuxarı sətrində onun menyusu yerləşir (Home, İnsert, View və s.). Hər bir menyuya uyğun zolağın komandaları formalaşır. - menyu sətrinin sonunda yerləşən bu işarə ilə zolağın görünüşünü idarəetmək olur. Bu işarəni ardıcıl vurmaqla (sicanın sol düyməsi ilə) zolağı dəyişdirmək olar. Məsələn, iki dəfə vurmaqla zolağı aşağıdakı şəkilə salmaq olur.
İkinci sətirdə ayrı-ayrı komandalarda düzəldilmiş alət lövhələri yerləşir. Məsələn, Draw lövhəsində cizgilərin çəkilməsində ən çox istifadə edilən əmirlər yerləşdirilmişdir.
L övhənin adının sağ tərəfində ox işarəsi varsa deməli onu vurduqda lövhəni böyüdüb onun altında yerləşən digər komandaları da açmaq olar. Ox yoxsa deməli əlavə komandalar yoxdur.
Adın sətrində diaqanal ox yerləşirsə deməli bu işarəni vurduqda daha bir pəncərə açılacaq. Yuxarıdakı şəkildən göründüyü kimi alət lövhəsi böyüdükdə adın solunda divar sancağının şəkili yerləşir. Bu işarənin şəkildəki forması onu göstərir ki, böyüdülmüş pəncərədə yerləşən komandaya müracət etdikdən sonra o avtomatik bağlanacaq. Sancaq bu formada olarsa böyüdülmüş pəncərədə yerləşən komandaya müracət etdikdən sonra o bağlanmayacaq. alət lövhəsində yerləşən komandaların altında və ya sağında aşağı ox işarəsi varsa bu həmin işarənin altında diğər komandaların və ya altkomandaların olmasını göstərir.