ObjectARX Aplications sahsindəki Demand Load ObjectARX Apps siyahısı AutoCAD-da əlavələrlə yaradılmış cizgi varsa onların yüklənməsini idarə edir. Proxy Images for Custom Objects – siyahısı kənar əlavələr AutuCAD ın obyektləri deyilsə onların necə açılmasını idarə edir. Show Proxy Information Dialog Box –açarı digər əlavələrin yaratdığı cizgiləri AutoCAD aça bilmədikdə bu haqda məlumat verməsini idarə edir.
II BÖLMƏ. OBYEKTLƏRİN İDARƏ EDİLMƏSİ
EKRANDA göRNüŞLəRİN İDARə EDİLMəSİ
AutoCAD - kompüter qrafikasının vektor rejimində işləyən qrafiki paketidir. Bu o deməkdir ki, hər hansı cizginin bütün parametrləri koordinatlar şəklində yadda saxlanılır, hesabatlar isə analitik həndəsədən istifadə etməklə riyazi alqoritmlərlə yerinə yetirilir. AutoCAD paketində cizgilər haqqında bütün məlumatlar verilənlər bazası şəklində saxlanılır. Displeydə təsvirlər, məlum olduğu kimi ayrı-ayrı kiçik nöqtələrlə– piksellərlə (rastr) yaradılır. Ona görə də AutoCAD paketi vektor şəklində verilmiş məlumatları «rastr» rejiminə keçirməli olur. Cizginin üzərində aparılmış hər hansı dəyişmələri yerinə yetirmək üçün AutoCAD vektor rejimindəki parametrləri «rastr» rejiminə keçirərək hesabatlar aparır. Bu prosesə «reqenerasiya» prosesi deyilir.
Cizginin regenerasiyası, əsasən də çox mürəkkəb olduqda, xeyli vaxt aparır (kompyüter miqyasında). Regenerasiya gedən vaxtı Regenarating drawing (şəklin regene-rasiyası) məlumatı yazılır. hər cizgi üzərində dəyişikliklər etdikdə yenidən regenerasiyanı aparmamaq üçün AutoCAD -ın yaddaşında vertual (xəyali) ekran yaradılmışdır.
Vertual (xəyali) ekran yaddaşda yaradılmış massivdir, hansı ki, ekranın modelidir, onun ölçüləri isə ekranın ölçüsündən dəfələrlə böyükdür. Bu vertual ekran AutoCAD -ın yaddaşında tam rəqəmlər şəklində saxlandığından o, ekranda təsviri çox böyük sürətlə yaradır.
REGEN və REDRAW komandaları
Dostları ilə paylaş: |