D ynamic (dinamik) Bu altkomanda eyni zamanda həm panaramlama, həm də miqyaslama yerinə yetirir.
S cale (miqyas) Bu komandadan sonra daxil edilən bütün rəqəmlər miqyas kimi nəzərdə tutulacaq. Əgər daxil edilən rəqəmdən sonra x yazılarsa miqyaslama əməliyyatı sonuncu miqyaslanmış cizgiyə nəzərən yerinə yetirilir. Daxil edilən rəqəmdən sonra px daxil edilərsə, onda miqyaslama əməliyyatı vərəqin fəzadakı ölçüsünə nəzərən yerinə yetirilir. Daxil edilən ədəd vahiddən kiçikdirsə cizgi kiçilir, daxil edilən ədəd vahiddən böyükdürsə, onda cizgi böyüdülür.