Milli aviasiya akademiyasi


AutoCAD-da iki cür görünüş pəncərəsi vardır – Bağlanmayan (tiled)



Yüklə 13,77 Mb.
səhifə41/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   37   38   39   40   41   42   43   44   ...   248
AutoCAD-da iki cür görünüş pəncərəsi vardır – Bağlanmayan (tiled) və bağlanan (floating).

AutoCAD yükləndikdə ekranda yalnız bir görünən pəncərə açılır. Bu pəncərədə biz cizgi çəkib onun üzərində dəyişikliklər apararıq. Onun formasını AutoCAD özü seçir. Tile göstəricisi AutoCAD –da, aşağıda hal sətrində verilir.

Buraxıldıqda bu komanda qoşulmuş vəziyyətdə olur.

Bağlanmayan görünən ekran aşağıdakı bəzi xüsusiyyətlərə malikdir.

1) görünüş ekranlarının sayından asılı olmayaraq onların hamısı qrafiki ekranı tam tutur.

2) hər an görünüş ekranlarından yalnız biri aktivdir.

3) Qrafiki kursor yalnız bir pəncərədə aktiv olur.

4) IKS- (istifadəçi koordinat sistemi) bütün pəncərələrdə olur.

5) Aktiv pəncərənin hansında əlavə və ya dəyişikliklər edilərsə bütün qeyri aktiv görünüş pəncərələrində də həmin əməliyyatlar yerinə yetirilir (əgər həmin dəyişikliklər qey­riak­tiv pənəcərəyə düşürsə).

6) AutoCAD bü cür görünüş pəncərələrinin sayını 96-ya çatdıra bilər.

7) Bir görünüş ekranında başlanmış cizgini digərində sona çatdırmaq olar. Yə'ni məsələn, düz xəttin bir nöqtəsinin koordinatını bir pəncərədə digər koordinatını isə başqasında vermək olar.

8) görünüş pəncərələrini saxlamaq və sonradan ekrana çağırmaq olar.

Bağlanmayan görünüş ekranının sazlanması.

B ağlanmayan görünüş ekra­nı­nı sazlamaq üçün zolağın ViewModel Viewportlövhə­sin­­dən etmək olar.Viewport Confi­­guration siyahısından müxtəlif növ pəncərələrin görünüşü verilmişdir. Bunlardan birini seçməklə ekranı həmin formada bölmüş olarıq. Bu pənəcərədə müxtəlif cür dörd görünüş pəncərəsi yaratmaq olur, həmin pəncərələri ixtiyari şəkildə yerləşdirmək olar. Yaradılmış pəncərələrin özünü də bu qayda ilə bölmək olar.



B ağlanmayan görünüş ekranlarının birləşdirilməsiüçün iki hal mümkündür. Birinci halda, zolaq menyusundan View Model Viewport və Join (birləş­mə). Buna cavab olaraq Select dominant Viewport : (əsas ekranı seçin) əsas pəncərəyə keçib Enter düyməsini basın. Bundan sonra növbəti sual yaranacaq Select viewport to join: (birləşdirmək üçün görünən ekranı seç) indi isə bundan əvvəl­ki­nə birləşdiriləcək ekrana keçib Enter düy­mə­sini basın.

Yadda saxlamaq lazımdır ki, ikinci pən­­cərədəki görünüş, digərinə birləşdikdən sonra itəcəkdir.

Ikinci üsulda, AutoCAD-ın menyusun­dan lazımı (bağlanmayan) ekran seçilir. ViewViewports1 Viewport nəticədə AutoCAD ekranda bağlanmamış vahid ekran yaradacaq. Bununla da aktiv pən­cə­rə­də­ki cizgi bütün ekran boyda görünür.

Ə gər bağlanmayan ekran yadda sax­lanılmışdırsa, onda onu yenidən ça­ğır­maqla açmaq olar.

Bağlanmayan görünüş pəncərələ­ri­nin hər birinə zolağın View men­yu­sun­da­kı Views lövhəsindən, standart görünüş də də təyin etmək olar.



    1. Yüklə 13,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin