Milli aviasiya akademiyasi


AutoCAD bütün rəngləri qara və ağ fonlu ekranda çəkir. Ek­ranın rəngini (fonunu) dəyişmək üçün Tools



Yüklə 13,77 Mb.
səhifə45/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   41   42   43   44   45   46   47   48   ...   248
AutoCAD bütün rəngləri qara və ağ fonlu ekranda çəkir. Ek­ranın rəngini (fonunu) dəyişmək üçün ToolsOptions (xidmət  sazlanma) menyusundan Display (ekran) böl­mə­sin­dən Colors (rəng) düyməsi basılır.

Açılmış Drawing window colors (Çertyoj pəncərəsinin rəngi)dialoq pəncərəsindəki Color: siyahısından lazımı rəng seçilir.


Xətlərin tipləri

Xətlərin tipləri sazlanmadıqda, bütöv xətt (Continuuos) nəzərdə tutulur. Bundan başqa AutoCAD -da çoxlu sayda ştrix, nöqtə və probellərdən ibarət şablonda xətt tipləri verilmişdir.

Xəttin tipini seçmək üçün xəttin tipini göstərən ad üzərində siçanın birinci düyməsini basmaqla Select Linetype (xəttin tipini seçməli) dialoq pəncərəsi açılır.



Əgər lazımı xətt Loaded Linetypes (xəttin tipinin yük­lən­məsi) sahəsində varsa, kursoru onun üzərində saxlayıb qeyd edir və OK düyməsi basılır. Bu pəncərədə lazımı xəttin tipi yoxdursa onda LOAD... (yüklə) düyməsi basılır və Load or Reload Linetypes (xətlərin tiplərini yüklə və ya boşalt) pən­cə­rə­si açılır. Burada Autuocad-ın əsas mövcud xətlərinin tipləri Available Linetypes sahəsində yerləşir.



Əgər bir neçə xətt seçmək lazımdırsa, onda düyməsini basıb saxlamaqla xətlər seçilir. Ardıcıl yerləşməyən xətləri seçdikdə isə düyməsini basıb saxlamaqla etmək olar.

Ümumiyyətlə xətlərin tipləri *.lin genişlənməli mətn fayllarında saxlanır (acadiso.lin). Əgər xəttin tipi digər faylda saxlanarsa, onda onu Load düyməsini basmaqla və açılmış Load or Reload Linetypes dialoq pəncərəsindəki File düyməsini basmaqla faylı yükləmək olar.

Xətlər seçildikdən sonra OK düyməsi basılır. Bundan sonra həmin xətləri istifadə etmək olar.

Yenidən Layer Properties Mananger (xətlərin xassələri­nin menenceri) dialoq pəncərəsinə qayıdılır.

Xəttin qalınlığının sazlanması

Xəttin qalıınlığını sazlamaq üçün Layer Properties Mananger (qa­tın xassəsinin menen­ce­ri) pən­­cərəsində xəttin qalınlı­ğı­­nın üzərində daya­nıb si­ça­nın sol düyməsini tıqqıl­dat­maq lazımdır. Nəticədə Li­ne­weight (xəttin qalıın­lı­ğı) diloq pəncərəsi açılır. Buradan lazımı qalınlıq seçilir və OK düyməsi ba­sı­lır. Çertyojda xəttin qa­lın­lığını ekranda görmək üçün hal sətrindən LWT düyməsi basılır.

Transparency (Şəffaflıq) şəffaflıq xassəsi olan obyektlərin şəfaflığını idarə edir.

Plotter style (çapqurğusunun stili)- çap qur­ğu­su­nun stilini müəyyən edir.

Plotter (çapqurğusu)- qatda yerləşən fiqurların çapa verilib verilməməsini idarə edir. Aktiv olduqda çapa icazə verir əks halda icazə vermir.

Yeni görünüş pəncərələrini dondurur.

Description (şərh)-qat haqqında şərh yazılır (məsələn, Yığımın gövdəsi).

Ad qeyd olunmuş olduqda, onda müəyyən dəyişikliklər apar­maq mümkündür. Qatı redaktə edib qurtardıqdan sonra düyməsi basılır. Qatların adları 31 simvoldan çox olmamaqla, probeldən başqa, bütün işarələrdən istifadə oluna bilər, hətta – və ya _ altdan xətt çəkmə işarəsindən.


Qatlardan istifadə qaydası

A utoCAD çəkilən bütün cizgiləri cari qatda yerləşdirir. Layers (qat) qatla işləmək üçün Layers (qat) lövhəsindəki pəncərələrdən istifadə etmək daha asan və sadədir.Layer Control (qata nəzarət) pəncərə­dən siyahısını açıb, lazı­mı qatı seçirlər. Seçilmiş qat parametrləri ilə pəncərədə işıq­lan­dı­rı­lır. Cari cizgi üçün qatların siyahısı bu pəncərədə parametrləri ilə birlikdə yerləşdirilmişdir. Qatların parametrlərinin şərti işarəsi aşağıdakı kimidir.


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin