L ist (siyahı) komandası seçilmiş obyektlər haqqında məlumat verir. List komandası obyektdən asılı olaraq onun haqqında məlumat verir. Bunun üçün ToolsInquiryList (xidmət sorğu siyahı) və ya standart alətlər lövhəsindən bu alət işə salınır və ekrandan xətt seçilib Enter düyməsi basılır. Məsələn, horizontal xətt haqqında aşağıdakı mə'lumat verilir.Command: LIST
Delta X = 77.1302, Delta Y = 0.0000, Delta Z = 0.0000
Məsafənin hesablanması (DIST komandası)
AutoCAD iki nöqtə arasındakı məsafəni hesablayır. Bunun üçün ToolsInquiryDistance (xidmət sorğu məsafə) və ya bu alətdən istifadə etməklə işə salınır. Şaquli xəttin iki nöqtəsi arasındakı məsafə belə hesablanır.
Command: '_dist Specify first point: Specify second point:
Distance = 163.5110, Angle in XY Plane = 180, Angle from XY Plane = 0
Delta X = -163.5110, Delta Y = 0.0000, Delta Z = 0.0000
- koordinatın tə'yini üçün alətdir ID point (koordinatları). Koordinatın tə'yini məsafədən asan olur. Bunun üçün ya ToolsInquiryID Point (xidmət sorğu koordinatları) və ya Locate point alətini (nöqtənin vəziyyətini) işə salmaq olar. AutoCAD nöqtəni soruşur. Nöqtə göstərilir, cavabında
Command: '_id Specify point: X = 256.5431 Y = 159.7631 Z = 0.0000.
Bu komandadan mütləq koordinatlar tapıldıqda geniş istifadə olunur.
Sahənin və perimetrin hesablanması
A utoCAD ixtiyarı fiqurun sahəsini və perimetrini hesablaya bilir. Bunun üçün AREA (sahə) komandasından istifadə edilir. ToolsInquiryArea (xidmət sorğu sahə) və ya -bu alətdən istifadə edilir.
B u komanda yalnız konturu düz xətt olan obyektlərə tətbiq olunur. Bunun üçün konturun üzərində dəqiq nöqtələr göstərilir. Nöqtələr heç bir obyektə aid olmamalıdır və ya object (obyekt) altkomandasından istifadə etməklə nöqtə əvəzinə obyektləri verməklə, hətta əyri xətləri və qövsləri daxil edilir, hesablama aparılır. ADD altkomandasından istifadə etməklə qeyri düzgün həndəsi fiqurların sahəsi və perimetri hesablanır. Bunun üçün birinci obyekt seçilir və ikinci obyekt göstərilir. Sonra ADD (əlavə et) altkomandası verilir və iki obyektin sahəsini bir-birinə əlavə edilir. Növbəti obyektləri seçməkləklə toplamanı davam etmək olar. Hər hansı obyektin sahəsini çıxmaq üçün isə Subtract (çıxmaq) altkomandasından istifadə edilir.
Çoxlu xətlərdən ibarət polixətlər yaratmaq üçün Bounday (kontur) komandasından istifadə etmək olar.
Bu komandaların bəzilərindən Utilities (Təmizləmə) lövhəsindən də istifadə etməklə işə salmaq olar.
A rea komandsını daxil edib şəkildəki üçbucağın sahəsini hesablayaq:
Command: _MEASUREGEOM
Enter an option [Distance/Radius/Angle/ARea/Volume] : _area
S pecify first corner point or [Object/Add area/Subtract area/eXit]
Specify next point or [Arc/Length/Undo]: (2-ci nöqtə)
Specify next point or [Arc/Length/Undo]: (3-cü nöqtə)
Specify next point or [Arc/Length/Undo/Total] :(1-ci nöqtə)
Specify next point or [Arc/Length/Undo/Total] :
Area = 483.3326, Perimeter = 105.1803 2.7
ölçmə və qeydetmə komandalari
DIVIDE (bölmə) – xətti bərabər sayda hissələrə bölür.
MEASURE (qeyd et) – verilmiş xəttin üzərində bərabər uzunluqlu parçalarqeyd edir.
Obyekti bölmək üçün komandaya bu cür Draw lövhəsindənDIVIDE (çəkmək bölmək) müracət edilir.
İstifadə qaydası:
1 . Line komandası ilə uzunluğu 100 mm olan, şəkildəki kimi, üfiqi düz xətt çəkilir. Bunun üçün 1-ci nöqtə ixtiyari yerdə vurulur, 2-ci soruşulduqda @100<0 daxil edilir və Enter düyməsi basılır.
2. Utilities lövhəsi tam açılır və oradan komandası işə salınır. Açılmış eyni adlı pəncərədən nöqtənin tipi seçilir.
3. Divide komandası işə salınır.
4. Select object to divide:(ekrandakı düz xətt seçilir).
5 . Enter the number of segments or [Block]: 10 <> (parçanın sayı daxil edilir).
AutoCAD nöqtələri obyektin üzərində yerləşdirib prosesi sona çatdırır.
Obyektləri və müxtəlif formalı nöqtələri əyrixətt üzərində müəyyən məsafədə yerləşdirmək üçün Draw lövhəsiMeasure (çəkmək qeydetmə) istifadə edilir. Əvvəlcə obyekt seçilir. AutoCAD soruşur: /Block: (uzunluq daxil edilir məsələn, 15 mm) və AutoCAD prosesi sona çatdırır.
Şəkildəki xətt üzərində hər 15 mm dən bir nöqtə qoyulmuşdur.
AutoCAD-ın kalkulyatoru
AutoCAD adi hesabat kalkulyatorundan fərqli olaraq həndəsi funksiyalarla hesablama apara bilir. Bu komandanı işə salmaq üçün komandalar sətrinə CAL daxil edilir.
Koordinatlardan istifadə. CAL - komandası vasitəsi ilə koordinat da vermək mümkündür. Bunun üçün ifadə orta mö'tərizədə yazılır. Məsələn, 5.1 və 2.1 cəmi və 20– bucaq təşkil edən xətt çəkmək üçün To point (nöqtəyə): müracətinə cavab olaraq CAL daxil edilir. >Expression: [@(5.1+2.1)<20] və ENTER düyməsi basılır.
Obyekt əlaqələndiricisindən istifadə qaydası
CAL -komandasının ifadəsində obyekt əlaqələndiricisindən istifadə etmək olur. Şəkildə iki çevrənin mərkəzi aralarındakı məsafənin yarıya bölünməsi göstərilmişdir. CAL daxil edilir. Sonra isə >Expression: (cen+cen)/2