Ekran menyusunun sazlanması
Ekran menyusunun sazlanması üçün AutoCAD-ın menyusundan VIEWToolbars–(görünüş alətlər) açmaqla Customize User İnterface (alətlər) pəncərəsi işıqlanır və ya kursoru alətlərdən birinin üzərində saxlayıb siçanın sağ düyməsini basmaqla alət lövhəsinsn dialoq pəncərəsini açır. Command sahəsində ekranda yerini dəyişib hərəkət etdirmək mümkün olan və ən çox istifadə olunan uyğun komandalardan yığılmış alət lövhələrinin siyahısı verilmişdir. Bu lövhədə olmayan və az istifadə edilən komandaların alətini ekranda lazımı lövhədə yerləşdirmək üçün Command sahəsindəki alət seçilir, siçanın s eçmə düyməsi buraxılmadan, dartılıb yuxarıdakı (All Customization Files) bəndlərdən lazımı lövhə üzərinə gətirilir. Command sahəsində All Commands Only siyahısındakı komandalar qrupunun siyahısı verilir. Seçmənin sonunda Apply (tətbiq et) və CLOSE (bağla) düyməsini basıb Customize User İnterface dialoq pəncərəsi bağlanır.
Əgər müəyyən səbəbdən Customize User İnterface pəncərəsində alətlər pozulubsa və onları Toolbars dialoq pəncərəsindən bərpa etmək mümkün deyilsə, onda bu alətləri komandalar sətrindən MENULOAD kamandasını daxil etməklə Load/Unload Costomizations (sazlanma menyusu) dialoq pəncərəsi açılır. File Name (faylın adı) sahəsində ACAD.mnu faylının adını yazıb LOAD (yüklə) düyməsini basmaqla ekranda yerləşən bütün alətləri bərpa etmək olar. Unload (ləğv et) düyməsi hər hansı qrupu ləğv etmək üçündür.
Browse (xassə) düyməsi basıldıqda Select Menu File (menyu fayllarının seçilməsi) dialoq pəncərəsi açılır və oradan menyu fayllarından biri seçilib Open (aç) düyməsi basılaraq yenidən MENU Load/Unload Costomizations daloq pəncərəsinə qayıdılır və Load düyməsini basmaqla ekranda menyu sazlanır. Komandalar menyusundan hər hansı bir bölməni ləğv etmək və ya yaratmaq üçün Load/Unload Costomizations (sazlanma menyusu) dialoq pəncərəsindən Menu bar bölməsinə keçilir. Bu dialoq pəncərəsinin Menus sahəsindən lazımı qrup seçilir və Insert düyməsini basmaqla Menu bar sahəsinə köçürülür, yəni ekranda həmin qrup yaradılır. Menu bar sahəsindən hər hansı qrupu seçib Remove düyməsi basıldıqda həmin qrup ekrandan və bu sahədən ləğv edilir. Remove all düyməsi Menu bar sahəsindəki və ekrandakı komandalar menyusununun hamısını ləğv edir. Menu group açılan bölməsində qrupların ümumi adı yazılır.
Əgər yuxarıda göstərilən qayda ilə paketi sazlamaq mümkün deyilsə (acad.mnu faylı pozulubsa) onda paketi bağlayıb, paketin yenidən mütəxəssis tərəfindən sazlanması (inisalizasiyası) məsləhət olunur.
Ekranın sazlanması
AutoCAD qrafiiki paketini ilk dəfə yüklədikdə ekranın cizgi çəkmək üçün qrafiki zonanın fonu qara rəngdə olur. Istifadəçi bu rəngi dəyişmək üçün ekranda sağ düyməni vurub açılmış siyahıdan Options işə salınır nəticədə eyniadlı dialoq pəncərəsi açılır.
Bu pəncərədən Options (opsiya) düyməsi basılır və eyni dialoq pəncərəsi açılır. Options pəncərəsində Window Elements sahəsindəki Colors düyməsi basılır və Color Options pəncərəsi açılır. Pəncərənin color sahəsində white (ağ) seçilir və Apply & close düyməsi basılır və ekran sazlanır.
Dostları ilə paylaş: |